Məşhur fotoqraf Reza Deqatinin Fransanın regionlarında silsilə sərgiləri davam edir.
Ednews Azərtac- a istinadən xəbər verir ki, Fransanın Bretany regionunun Vannes (Vann) şəhərində “Sükutun dərinliyi” adlı sərgisi çərçivəsində fotoqrafın iştirakı ilə konfrans keçirilib. Sözünü, fikirlərini fotoları vasitəsilə çatdıran R.Deqati bu dəfə konfransda hər bir şəklin tarixi və çəkildiyi məqamlar haqqında ətraflı məlumat verib. O, fəaliyyətində daha çox insan amilinə önəm verdiyini bildirib.