Ədəbiyyat əyləndirməli ya düşündürməlidir? – Yazarlar arasında SORĞU

Mədəniyyət 15:00 13.10.2023

Umberto Ekonun fikrincə postmodern ədəbiyyat öz kütləviliyini təmin etmək üçün həm də əyləncəli olmalıdır. Bəs bizim yazıçılar necə düşünür. Sualımız konkretdir: “Ədəbiyyat əyləndirməlidirmi?” 

Ednews cavabları təqdim edir:

Ədəbiyyatşünas, tənqidçi Cavanşir Yusifli:

"Məsələnin tarixi köklərinə gedildikdə bu, daha aydın görünür və ortaya çox maraqlı məsələlər çıxır. Ən məşhur nağılların, ən gözəl bədii əsərlərin süjet poetikasını araşdırdıqda belə bir fakt ortaya çıxır. Məsələn, bu nağılların süjetinin ilkin variantı öz qəddarlığı ilə seçilirmiş. Şarl Pero və Qrimm qardaşlarının və digər nağılçıların yazdıqları əsərlər əsasən orta əsrlərdə meydana çıxıb və onların orijinal süjetləri xüsusi qəddarlığı və məişət səhnlərinin naturalistliyi ilə diqqəti cəlb eləyib. Məsələn, yatan gözəl haqqında nağılda yadelli kral qızı öpmür, zorlayır. Canavar təkcə nənəni yemir, kəndin az qala yarısını dişindən keçirir. Başqa bir nağılda bacılar başmağı geyinə bilmək üçün biri barmağını, digəri dabanını kəsir. Bədii əsərlərdə əyləndirmə - insan ruhunu oyatma, istiqamətləndirmə, dünya, gerçəklik haqqında bildiklərimizin sınırlarını genişləndirmə prosesi bir an olsun dayanmır. Bu səbəbdən, indi oxuduğunuz kitabların süjetlərinin hansı dəyişikliyə uğradığını bilmək çox maraqlıdır. Bəzən tərcüməçilər də ədəbiyyatın, lap elə çox ciddi əsərlərin adına ironiya və gülüşlə yanaşıblar. Məşhur yazıçı və publisist Aleksandr Sumarkov “Hamlet”i ilk dəfə rus dilinə çevirib, özü də bu şəkildə: “Omlet, Daniya şahzadəsi”... Yaşadığı müddətcə Frans Kafka əsərlərini nəşr etdirmirdi, onları doğrudan da boş şey hesab edirdi. Vərəm xəstəliyinə tutulmuşdu, dostu Maks Broddan xahiş eləmişdi ki, öləndən sonra bütün əlyazmalarını yandırsın. Gi dö Mopassanın ən çox zəhləsi getdiyi şey Eyfel qülləsi idi. Ancaq hər gün də burda oturub nahar edərmiş, izahı da beləymiş ki, yeganə yerdir ki, burdan qüllə görünmür. Bədii əsərin "əyləncə qatı" əslində araşdırılmalıdır".

Yazıçı Etimad Başkeçid:

“Biz ədəbiyyata həddən artıq ciddi yanaşırıq. Onu fetişləşdirir, elə təriflər veririk ki, adam bəzən kitabı əlinə almağa da qorxur. Ədəbiyyat böyük qüvvədir, söz yox, ancaq mahiyyətcə əyləncə novüdür. Ciddi, klassik musiqi də eləcə. Bəyəm biz Motsartı, Bethoveni dərin fəlsəfi fikirlərə dalmaq üçün dinləyirik? Bununçün fəlsəfə kitablarını oxumaq lazımdır. Sadəcə, zövqlü ədəbiyyatı zövqlü adamlar oxuyur, populyar ədəbiyyatı isə, əksinə.
Yüksək bədii meyarlara cavab verən ədəbiyyat istər-istəməz düşündürür, insanı bəzi pisliklərdən arındırır. Mən heç bir böyük sənətkardan «ədəbiyyat – ciddi məsələdir» iddiası eşitməmişəm, baxmayaraq ki, belələri də yox deyil. Ancaq Oskar Uaylddan tutmuş Rey Bredberiyə qədər, çoxları ədəbiyyatın əyləncə olduğunu deyir və məncə düz deyir”.

Şair Qismət Rüstəmov:

“Ədəbiyyat bədii gücündən, intellektual yükündən, problematikasının miqyasından başqa, mütləq şəkildə həm də əyləndirməlidir. Əyləncəviliklə intellektuallığın vəhdəti çağdaş ədəbiyyatın ən xarakterik məziyyətidir. Və məncə təkcə çağdaş ədəbiyyatın yox, elə klassiklərin əsərlərində də əyləncəvi damar həmişə olub. Məsələn, mənə həmişə elə gəlib ki, Şekspir "Hamlet"i yazanda nə qədər təlatümlü ruhi əhvalda olsa da, həm də Hamlet obrazını yaradarkən həddindən artıq əylənib. Yaxud dünyanın bəlkə də ən hüznlü romanı "Don Kixot"u yazarkən sol qolu olmayan Servantes, fikrimcə, yalnız iztirab çəkməyib, həm də öz yazdıqları ilə əylənib”.

Yazıçı Kənan Hacı:

“Ədəbiyyatın əyləndirmək, yaxud kədərləndirmək, tərbiyə etmək və ya kiminsə tərbiyəsini pozmaq kimi bir öhdəliyi olmamalıdır və yoxdur. Əylənmək istəyənlər üçün çoxlu bulvar romanları var. Ciddi ədəbiyyat əyləncə menyusu üçün deyil, insanın təfəkkür sınırlarını genişləndirmək, masştablı düşünə bilmək yetənəyini formalaşdırmaq və dünyanı bütöv halda görməsini müəyyən mənada təmin etmək üçündür. Buna görə kitab heç vaxt əyləncə aksessuarlarına daxil edilə bilməz. Əylənmək üçün istirahət məkanları var. Əyləncə və kitab, tamam fərqli məfhumlardır”.

Şair Cəlil Cavanşir:

“Müasir ədəbiyyatın funksiyalarından biri də əyləndirmək, əyləncə olmalıdır. Amma əyləncəli ədəbiyyat istər-istəməz ciddi ədəbiyyatdan ayrılır. Məsələn uşaq ədəbiyyatı, detektiv, fantastika, qotik ədəbiyyat, eşq romanları məncə bu qəbildəndir. Sadəcə müasir çağda ədəbiyyatın əyləncə funksiyası aktual deyil. Bu boşluğu seriallar,filmlər, şoular kifayət qədər doldurduğu üçün ədəbiyyatın boynuna ciddiyyət yüklənir. Məncə yazıçı ən ciddi romanında belə oxucunu əyləndirməyi bacarmalıdır. Müasir oxucunu ağır mətnlərlə yükləmək, oxucunu ədəbiyyatdan küsdürməkdir”.

Oğuz

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı