6 noyabr Azərbaycanda Radio və Televiziya İşçilərinin Peşə Bayramıdır. 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlandı. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” deyildi. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Telejurnalist, yazıçı Həmid Herisçi bildirdib ki, o yaxın günləri çox tez unudub. O, bu fikirləri Ednews-a danışarkən səsləndirib.
“Bioqrafiyamın bu çoxhərifli parçasını. Sanki heç teleaparıcı olmamışam. İndi mən öz aləmimdə, öz tele efirimdəyəm. Öz teleqülləmdəyəm. Başqa efirdəyəm. Öz efirimdəyəm. Mən də unutdum o günləri, məni də unutdular. Gözəldi. Bu yağışın, bu payızın gözəl plaşı yoxdu ki, çiynimə atsın. Üşüyürəm, görən yoxdu. Ancaq çox romantikdi əhvalım. Çox dramatik baxmayaq bu teleaparıcı taleyinə”.
H.Hersiçi həyat yoldaşı teleaparıcı İlhamiyyə Rzanı təbrik etdiyini dedi:
“İlhamiyyə xanımı ertədən təbrik etdim. Başqa heç kimi təbrik etməyəcəm. Televiziya sənəti reflektor təfəkkür istəyir. O məndə var. Başqalarında əsla yoxdu. İlhamiyyə xanımın gözəl diktor səsi, üstəgəl mənin möcüzəli şərhlərim...dünyanın tavanını uçurduq hamınızın başına. Televiziya bizim üçün sənət idi”.
Oğuz