Rəssam Pablo Pikassonun “Saatlı qadın” tablosu hərracda 139,364 milyon dollara satılıb.
Ednews ntv-yə istinadən xəbər verir ki, kətanda Pikassonun sevgilisi Mariya-Tereza Valter öz qol saatı ilədir.
Pikassonun işlərinin araşdırmaçısı Lidiya Qasman güman edir ki, saat sənətçi üçün xüsusi önəm daşıyıb, onun tərzi isə “vaxtın öldürdüyü sevgi” ilə əlaqədardır.
1966-cı ildə İsveçrənin Bazel şəhərindəki Beyeler Qalereyası “Saatlı qadın”ı əldə edib. 1968-ci ildə əsər ABŞ-nin Nyu-York şəhərindəki “Pace Gallery”nin kolleksiyasında yer alıb.
Oğuz