“Heydər Əliyevin zəfəri” şeirimi yazmaqda məqsəd povestin qəhrəmanı - müstəqil Azərbaycanın qurucusu, güclü siyasi iradəyə və müstəsna liderlik keyfiyyətlərinə malik Heydər Əliyevin ən həqiqi və həcmli yaradıcı portretini və ona sahib olduğum heyranlığımı üzə çıxarmaq idi”.
Bu barədə Ednews – a xüsusi açıqlamasında, tanınmış özbək publisisti, şair və yazıçısı, “Heydər Əliyevin zəfəri” və “Azərbaycanın zəfəri” kitablarının müəllifi İsmət Kuçiyev bildirib. O, , türk dünyası ölkələrinin görkəmli şəxsiyyətlərinin, liderlərinin həyat və nailiyyətlərini əks etdirən kitabların nəşri zəruriyyətini və bu istiqamətdə Türk Mədəniyyəti Təşkilatının fəaliyyətlərini ön plana çıxarıb:
“Mən dərindən əminəm ki, türk dünyası ölkələrinin görkəmli şəxsiyyətlərinin, liderlərinin həyat və nailiyyətlərini əks etdirən kitabların nəşri zəruridir. Türk ədəbiyyatında və incəsənətində bu istiqamət, mənə elə gəlir ki, daha da inkişaf etdirilməlidir. Bu fəaliyyət bu ilin martında yaradılmış Türk Dövlətləri Yazıçılar Birliyi çərçivəsində həyata keçirilə bilər. O, haqlı olaraq tez-tez türk dünyasının YUNESKOsu adlandırılan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə yaradılıb. Bu təşəbbüsdə mən hamımızı təbrik edirəm ki, bu gün qardaşlar kimi bir yerdə işləmək və bir-birimizlə təcrübə mübadiləsi aparmaq fürsətimiz var".
Qeyd edək ki, Bakı Kitab Mərkəzində tanınmış özbək publisisti və yazıçısı İsmət Kuçiyevin "Heydər Əliyevin Zəfəri" və "Azərbaycanın zəfəri" kitablarının təqdimatı olub. "Heydər Əliyevin zəfəri" poeması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. "Azərbaycanın zəfəri" kitabında isə yazıçı oxucuları Prezident İlham Əliyevin həyatı və fəaliyyəti ilə tanış edir.
Əkbər