Xəbər verdiyimiz kimi, yazıçı Həmid Herisçi qızılcaya yoluxub. O, yanvarın 26-da Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.
Ednews xəbər verir ki, aparıcının vəziyyəti ilə bağlı həyat yoldaşı İlhamiyyə Rza sosial media hesabında paylaşım edib:
"Gün ərzində çoxsaylı zənglər gəlir. Hamıya cavab verə bilmirəm, üzrlü sayın. Həmidin həkimiylə danışdım. Vəziyyəti stabil-ağır qiymətləndirir".
Qeyd edək ki, 64 yaşlı Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə yanvarın 26-da saat 18:15-də qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilən aparıcının hazırda müalicəsi davam etdirilir.
Oğuz