Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram teatrında Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlanır.
Ednews xəbər verir ki, gənc rejissor Fuad Cavadzadənin quruluşunda hazırlanan tamaşanın bədii tərtibatı Nizami Dadaşova, musiqi tərtibatı sənətşünasııq üzrə fəlsəfə doktoru Telman Qəniyevə məxsusdur. Qrafika və montaj işlərini Sahil Nəzərov həyata keçirir.
Səhnə əsərində Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Siyavuş Mahmudov, Akif Mirzəyev, Cavanşir Eyyubzadə, Elay Xasıyev, Məryəm Hüseynli, Aynur Hümbətova ifa edirlər.