Xuraman Muradovanın "Ay Laçın, Can Laçın" kitabının İstanbulda təqdimatı keçirildi - FOTOLAR

Mədəniyyət 14:53 07.08.2024

Türk dünyası Elmlər Akademiyasının fəxri professoru, "Əlişir Nəvai" adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, Mədəniyyət və İctimai Fənlər Akademiyasının fəxri akademiki, "Humay" milli mükafatı laureatı, "Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, iş insanı, sahibkar, “VİP Milan Hospital”ın təsisçi direktoru Xuraman xanım Muradovanın "Ay Laçın, Can Laçın" kitabının İstanbulda Türk Ədəbiyyatı Vakfında  möhtəşəm təqdimatı keçirilib.
 
Ednews xəbər verir ki, tədbirdə Türk Ədəbiyyatı Vakfının başkanı, Türk dünyasının tanınmış şairi Serhat Kabaklı, Türkiyənin nüfuzlu ziyalılarından olan professor Ramazan Korkmaz, Türk Ədəbiyyatı dərgisinin baş redaktoru İmdat Avşar, Azərbaycanımızın dəyərli ziyalısı, Milli Məclisin deputatı Vüqar İsgəndərov, Azərbaycanın tanınmış iş insanı Mahirə xanım Əsədova və Xuraman xanımın  Türkiyədə yaşayan çoxsaylı pərəstişkarları iştirak ediblər.
 
Toplantıda Xuraman Xanım Muradovanın Böyük Türküstana səslənişlə başlayan möhtəşəm nitqi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə, alqışlarla qarşılanıb. 
 
Türk dünyasının sevilən şairəsi Xuraman xanım Muradovanın çıxışını dəyərli oxucularımıza təqdim edirik:
 
"Dünyanın müxtəlif coğrafiyalarında olmasına rəğmən ürəyi böyük Türküstan eşqiylə - Turan sevdasıyla döyünən qan qardaşlarım, soydaşlarım!  
 
Uca Yaradanın adı ilə Sizləri səmimi qəlbdən, dərin hörmət və ehtiramla salamlayıram!  
 
Salam olsun, Azərbaycan! 
 
Salam olsun, Türkiyəmiz! 
 
Salam olsun, Özbəkistan! 
 
Salam olsun, Qazaxıstan! 
 
Salam olsun Qırğızıstan, Türkmənistan! Salam olsun böyük Türküstan! 
 
Salam olsun Kərkükdə ürəyi bizimlə döyünən Türkmən 
 
Analarımıza! 
 
Salam olsun Altaylardan, Sibiryadan Tuvaya! 
 
Salam olsun Xakaslardan Tatarıstana! 
 
Salam olsun Başqırdıstandan Çuvaşiyaya! Salam olsun Krıma! Salam olsun dəyərli Türk insanlarının yaşadığı bütün doğma Turan Ellərinə! 
 
Salam olsun Turanın ürəyi Tanrı dağına!  
 
Salam olsun mənim gözəl Qarabağıma! 
 
Mənim ürəyimdən misralara hopan pıçıltılara  həmdəm olan Əziz oxucularım; dəyərli dostlar!  
 
Görüşünüzə gəldiyim "Ay Laçın, can Laçın" kitabım dünyanın mən baxan tərəfdən görünən hissəsidir... 
 
Bu kitab vücuduma, ruhuma sığmayan İlahi eşqimin sözdə təcəllisidir... Varlığımın aynası, qəlb evimin güzgüsü, taleyimin səhifələrdəki əksidir..  
 
Görüşünüzə gəldiyim bu kitab bəzən hər misrasını kağıza köçürdükcə dərindən hiss etdiyim ürəyimin göynərtisi, ruhumun  sızıltısıdır. Hayqırmaq istədiyim içimdəki Haqq səsidir. 
 
Görüşünüzə gəldiyim bu kitab “Halallıq beşiyim”dir... Xəmirimi, mayamı halallıqdan yoğuran Atamın yaddaşımda şəkillənən obrazıdı... Yaşının hər dönəmində körpə uşaq saflığını qoruyan ismətli Anamın – sadə kəndli xanımın gözlərimdən getməyən zəhmətkeş qabarlı əlləridir, məsum baxışlarıdır,  övladlarıma – qızım Laçına, oğlum Elçinə verdiyim Ana xeyir-duasıdır... 
 
Görüşünüzə gəldiyim bu kitabım köksümdə qübar bağlayan nakam sevginin yarım qalan məktublarıdır... 
 
"Ay Laçın, Can Laçən"  kitabım misralara düzdüyüm Turan sevdamdı, Sizinlə 
 
Xarıbülbül ətirli Qarabağımdan Könüllər sultanı Tanrı dağına varan yol yoldaşlığımdı... 
 
Uca Yaradan Türk qardaşlığımızı, birliyimizi, diriliyimizi, Azərbaycanımızı, Türkiyəmizi, Türk dünyamızı qorusun! Amin İnşallah!"

"Haber Global"da Yekaterinburqda azərbaycanlılara qarşı vəhşiliklərlə bağlı müzakirələr təşkil olunub

Xəbər xətti

Tehran metrosunda "Mossad" agenti tutuldu
21:55 29.06.2025
Təbrizdə partlayış baş verdi
21:40 29.06.2025
Makron ölkəmizdə avtoritar sistemi təşviq edir
21:25 29.06.2025
"İrana qarşı sanksiyaları ləğv edə bilərəm"
21:11 29.06.2025
"Messini sevirəm" - Bred Pitt etiraf etdi
20:52 29.06.2025
Yayda dönər yemək təhlükəlidir?
20:37 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
20:22 29.06.2025
Yunan mətbuatı Miçotakisi tənqid atəşinə tutdu
20:10 29.06.2025
"Ermənistanda baş verənlərə qarışmırıq"
19:55 29.06.2025
Pirşağı qəsəbəsində baş verən yanğın söndürüldü -YENİLƏNİB
19:40 29.06.2025
Serbiyadakı etirazlar böyüyür: Onlarla saxlanılan var
19:37 29.06.2025
İyulun bəxtəvər bürcləri -Ulduzlar İyul ayı üçün nə deyir?
19:23 29.06.2025
Neft qiymətləri necə dəyişəcək? -Ekspert danışdı
19:08 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirildi
18:51 29.06.2025
Xəzərdə meyit tapılıb
18:45 29.06.2025
"Faşist Putin hakimiyyətini pisləyirik"
18:35 29.06.2025
Ən optimal yuxu pozası hansıdır?
18:22 29.06.2025
Bu markalı tozsoranlar partlayış təhlükəsi səbəbindən geri toplanılır
18:07 29.06.2025
"Rusiyada azərbaycanlılara qarşı törədilmiş bu hadisə cinayətdir"
17:53 29.06.2025
Böyük Britaniya tarixində ən böyük kokain partiyalarından biri müsadirə edildi
17:38 29.06.2025
"Klublararası dünya çempionatı indiyə qədər reallaşdırılmış ən pis ideyadır"
17:24 29.06.2025
Keyt Middleton ölümlə üz-üzəymiş
17:09 29.06.2025
Messi "PSJ"-dəki karyerasından danışdı: "Zövq almadığım iki il oldu..."
16:48 29.06.2025
Son bir ildə 64 məktəb bağlanıb -Ekspertlər nə düşünür?
16:33 29.06.2025
Sabah bəzi rayonlarda ildırım çaxacaq -Sabahın Hava Proqnozu
16:18 29.06.2025
NATO ölkələri bir ilə ABŞ silahlarına 21 milyard xərcləyib
16:03 29.06.2025
Qitələri birləşdirən enerji siyasəti
15:46 29.06.2025
Dünyanın ən qədim daşları tapıldı
15:31 29.06.2025
Ukrayna Silahlı Qüvvələrinin F-16-sı vuruldu
15:16 29.06.2025
Ayaz Səfərov da həbs edildi
15:08 29.06.2025
Kolumbiyada güclü torpaq sürüşməsi baş verib
15:01 29.06.2025
"İran Fars körfəzi ölkələrinin etimadını sarsıdıb"
14:46 29.06.2025
Atlantik okeanının dibində minlərlə radioaktiv tullantı konteyneri tapıldı
14:31 29.06.2025
"Tramp prezidentlik müddətinin dörddə birini qolf meydançasında keçirib"
14:16 29.06.2025
"Doppl nədir" və nəyə yarayacaq? -"Google" yeni tətbiqini test edir
13:57 29.06.2025
İsrailin zərbəsi nəticəsində Evin həbsxanasında 71 nəfər ölüb
13:38 29.06.2025
Hindistanda on milyonlarla insan uranla çirklənmiş su içir
13:23 29.06.2025
Peru ABŞ-dən deportasiya edilən miqrantları həbsxanalarına qəbul etməyəcək
13:08 29.06.2025
Göteborq limanında toksinlər və aqressiv birhüceyrəli növlər tapılıb
12:53 29.06.2025
PKK İraqdakı Türkiyə hərbçilərinə hücum etdi
12:38 29.06.2025
Hamısı