"Gündəlik həyatımda xoşbəxt deyildim, mənim üçün yaxşı vaxt deyildi".
Oxu.Az "El Nacional"a istinadla xəbər verir ki, bu sözləri "İnter Mayami" komandasının və Argentina millisinin hücumçusu Lionel Messi PSJ klubunda keçirdiyi dövrdən danışarkən deyib.
"Zövq almadığım iki il oldu. Heç bir gün - nə məşqlər, nə də matçlar məni razı salmırdı. Uyğunlaşmaq mənim üçün çox çətin idi" , - deyə o vurğulayıb.
Messi insanların əvvəlcə onu mehribancasına qəbul etdiklərini, sonra isə ona fərqli yanaşdıqlarını söyləyib:
"Azarkeşlərin böyük bir hissəsi ilə mənim aramda uçurum yarandı, bu, təbii ki, mənim məqsədim deyildi. Mbappe və Neymarın başına gələnlərin hamısı mənim də başıma gəldi. Mən bilirəm ki, bu, onların davranış tərzidir".
Qeyd edək ki, bu gün "İnter Mayami" klublararası dünya çempionatının 1/8 final mərhələsində PSJ ilə qarşılaşacaq.