Çexiyada “Orfeus – İlin Adamı 2020” mükafatına layiq görülmüş, hazırda Plzen Konservatoriyasında təhsil alan istedadlı skripkaçı Canel Nəcəfli İtaliyada beynəlxalq müsabiqədə çıxış edib.
“EDnews” xəbər verir ki, Concorso Musicale Città di Filadelfia” beynəlxalq musiqi müsabiqəsində ikinci yerə layiq görülüb.
Qeyd edək ki, istedadlı musiqiçi müsabiqənin qala-konsertində çıxış etmək üçün seçilmiş dörd ifaçıdan biri olub. Tədbir çərçivəsində Canel Nəcəfli bəstəkar Azad Əliyevin skripka üçün notlaşdırılmış “Çahargah” əsərini ifa edib.
Fatimə Mərdanlı //EDnews