Türkiyənin Antalya şəhərində 53-cü Beynəlxalq Antalya Film Festivalına start verilib.
Festival dünya şöhrətli fransız aktyoru Audrey Tautounun baş rolun ifaçısı olduğu və Fransada yaşayan vyetnamlı rejissor Tran Anh Hungun ekranlaşdırdığı “Sonsuzluq” filmi ilə açıq elan olunub.
Oktyabrın 23-dək davam edəcək festivalda 140-dan çox ekran əsərinin nümayişi nəzərdə tutulub. Festivalın “Beynəlxalq müsabiqə” kateqoriyası üzrə 10 ekran əsəri yarışacaq.
Əlli minədək insanın canlı izləyə biləcəyi festivalda ən yaxşı ekran əsərinin müəllifi “Qızıl portağal” heykəlinə və 50 min avroluq pul mükafatına layiq görüləcək.
Festivalda Türkiyə ilə yanaşı, İsrail, İspaniya, Gürcüstan, Bolqarıstan, Fransa, İtaliya, Belçika, Polşa və Hollandiya filmləri nümayiş olunacaq.