Türkiyədə canlı yayım vaxtı gözlənilmədən televizya kameraları qarşısına çıxan pişik balası aparıcının kompüterinin üstündə uzanıb.
Hadisə qərbdəki Denizli şəhərinin DRT TV kanalında baş verib.
Aparıcı Kudret Çelebioğlu kürsüyə çıxan pişik balasını görəndən sonra studiyaya daxil olan sürpriz qonağı barədə danışıb.
Türkiyə mətbuatına əsasən “Hüsnü” adı verilən küçə pişiyinə televiziya əməkdaşlarından biri sahib çıxıb.