İslam Əməkdaşlıq Təşkilatının əməkdaşlığı ilǝ hər il verilən “İslam dünyasının ən yaxşıları” mükafatına ilk dəfə bir Türk layiq görülüb.
İstanbul Aydın Universiteti İdarǝ Heyətinin Başçısı Dr. Mustafa Aydına İslam dünyası üçün etdiyi köməyə görə təltif edilib.
O, iştirak etdiyi bütün tǝdbirlǝrdǝ iqtisadi, ictimai və mədəni sahələrdə dinclik, sülh və sabitliyin ancaq təhsil ilə mümkün olduğunu vurğulayıb, təhsil diplomatiyası anlayışını ədəbiyyata qazandıraraq regional və qlobal problemlərə həll yolları tǝklif edib və maliyyǝ imkanlardan mǝhrum olanların vǝ xüsusilə qaçqınların təhsilində tǝqdirǝlayiq işlǝrǝ imza atıb.