"Eurasia Diary" məlumat verir ki, yaxın gələcəkdə Azərbaycanın mobil rabitə şəbəkəsinin abunəçiləri üçün audiokitabxana istifadəyə veriləcək.
Belə ki, layihə adı hələ açıqlanmayan mobil operatorun korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gerçəkləşdiriləcək.
Əslində, məqsəd gözdən əlil və görmə qabiliyyəti zəif olanların ədəbi əsərlərə çıxışını təmin etməkdir. Əsas vəzifə istifadəçilər üçün rəqəmli audio kontentin formalaşdırılması və kitabların audio formata keçirilməsidir.
Xatırladaq ki, son vaxtlar audiokitablardan istifadə edənlərin sayı artmaqda davam edir.