Ukrayna paytaxtı Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı yarışmasında iştirak edəcək ölkələrin adları açıqlanıb.
Müsabiqəyə 43 dövlət qatılacaq. Onların arasında Azərbaycan da var. Türkiyə bu il də "Eurovision"da iştirak etməyəcək.
Krımın ilhaqı və Ukraynanın şərqindəki separatçı fəaliyyətə görə Ukrayna ilə qarşıdurmada olan Rusiya yarışmada iştirak etmək üçün təmsilçisini Kiyevə göndərəcək.
Xatırladaq ki, 2017-ci il mayın 9 və 11-də yarışmanın yarımfinalı, mayın 13-də isə finalı keçiriləcək. İsveçin Stokholm şəhərində keçirilən "Eurovizon-2016"-nın qalibi "1944" mahısı ilə Ukrayna təmsilçisi Camala olub.