Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllim heyəti üçün ərəb dili kurslarına start verilib.
"Eurasia Diary"yə verilən xəbərə görə, məqsəd ərəb ölkələrinin kütləvi informasiya vasitələri ilə bağlı tədqiqat aparan fakültə müəllimləri, magistrantları və doktorantlarının dil bacarıqlarını yüksəltmək, onların həmin ölkələrin tarixi, müasir dövrü ilə bağlı vəsaitlərdən istifadə imkanlarını genişləndirməkdir.
Jurnalistika fakültəsində ərəb dili kursunun başlamasından məmnunlugunu bildirən Əşrəf Əbdülqadir Fərəq Mohamed bu barədə məlumat verib, ərəb dilini qısa müddət ərzində mənimsəməklə bağlı tövsiyələrini bildirib.