Azərbaycanda yağın bahalaşma səbəbləri Rəsmi rəy

İqtisadiyyat 15:46 06.09.2017

Azərbaycanda süd və süd məhsulları, kərə yağları, bitki yağları sürətlə bahalaşır. Məsələn, Yeni Zelandiya istehsalı olan kərə yağları 14 manat-14 manat 70 qəpiyə, “Ankor” yağı 16-17 manata təklif edilir. Mağazalarda xaricdən gətirilən və 19-20 manata satılan kərə yağları çeşidləri də az deyil.

Günəbaxan, qarğıdalı, zeytun yağları isə istehsal firmasından asılı olaraq, 50 qəpik-1 manatadək bahalaşıb. Ümumilikdə bütün yağlarda 30-40 faiz bahalaşma müşahidə olunur.

Azərbaycanda ot və yem məhsulları bahalaşdığından fermerlərin süd istehsalına marağı azalıb. Elə bu səbəbdəndir ki, ölkəyə süd idxalı kəskin artıb. Belə ki, 2016-ci ilin ilk 6 ayı ərzində respublikaya 3,425.79 dollarlıq 2,306.97 ton süd idxal olunduğu halda, 2017-ci ilin ilk 6 ayı ərzində 5,814.76 dollarlıq 3,656.99 ton süd gətirilib. Yerli süd istehsalı azaldığından kərə yağının istehsalı da aşağı düşüb. 2016-cı ilin ilk 6 ayı ərzində ölkəyə 27,570.32 dollarlıq 7,801.71 ton kərə yağı idxal olunub.

Bu ilin analoji dövründə isə 32,688.14 dollarlıq 7,767.35 ton kərə yağı idxal edilib. Mütəxəssislər istehsalın getdikcə azalacağını, süd və süd məhsullarının, o cümlədən kərə yağının qiymətinin bahalaşacağını proqnozlaşdırırlar.

Qida rasionu normalarına görə, gün ərzində hər kəs 12,8 qram kərə yağı istehlak edir. Bitki yağında bu göstərici 22,1 qram, marqarində isə 5,8 qramdır. Respublika üzrə ildə 52 min tona qədər kərə yağı istehsal olunur. Mütəxəssislər bildirir ki, bir kiloqram kərə yağı istehsalı üçün 22 litr süd lazımdır. Ona görə də kərə yağı istehsalının artırılması əlverişli hesab olunmur.

“Süd istehsalında daxili təminat 88 faizdir”

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev səslənən fikirlərlə razılaşmır: “Ötən ilin yekunlarına görə süd istehsalında artım müşahidə edilir. Artım 4,4 faizdən çox olub. Bu ilin 6 ayı ərzində də süd istehsalı 0,8 faiz artıb. Amma ilin yekunlarına kimi ötən ildən çox artım gözlənilir. Hazırda illik süd istehsalı təqribən 2 milyon 100 min tona qədərdir. Azərbaycanın südlə təminat səviyyəsi daxili istehsal hesabına 88 faiz təşkil edir. Qarşıdakı illərdə məqsəd bundan ibarətdir ki, minimum istehlak səbəti həcmində daxili istehsal hesabına təminat yarada bilək. Buna potensial var. Son dövrlərdə yüksək məhsuldarlıqlı heyvanların idxal olunması, süni mayalanma işlərinin sürətləndirilməsi, mövcud olan heyvanların çoxaldılması hesabına buna nail olunub. Kərə yağının hazırlanması üçün xam material-süd istehsalı kifayət qədərdir. Amma ölkəmizdə son 10 ildə heyvan mənşəli yağlara maraq azalıb. Daha çox bitki mənşəli yağlara üstünlük verilir. Eyni zamanda, kərə yağına tələbat yüksək olaraq qalır. İdxalın artması və qiymətlərin dəyişməsini bazar özü tənzimləyir. Biz azad bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Özümüzü bu məhsullarla tam təmin etdiyimiz hallarda da idxal və ixrac əməliyyatları icra olunacaq. İstehsal baxımından geriləmə, qıtlıq yaranması mümkün deyil. Qiymətlərin dəyişməsi təkcə istehsaldan və məhsulun maya dəyərindən asılı deyil. Eyni zamanda, istehlak bazarında digər mal və xidmətlərin qiymətlərinin dəyişməsilə əlaqədardır”.

“Ətin qiyməti sıçrayışla bahalaşmayıb”

Nazirlik rəsmisi ətin bahalaşmasını digər sahələrdə gedən qiymət artımı ilə əlaqəli olduğunu deyir: “Ətin qiyməti digər mal və xidmətlərin qiymətlərinin dəyişməsinə uyğun olaraq dəyişib. Xüsusi olaraq ətin qiymətində sıçrayışla bahalaşma baş verməyib”.

Q.Abduləliyev “7 manata təklif edilən ətin 12 manata qədər bahalaşması sıçrayış hesab olunmurmu” sualına cavabı belə olub: “Siz yanacağın, digər istehlak mallarının, tikinti materiallarının qiymətini nəzərə alın. Hamısı daşınma və istehsal xərclərinə təsir göstərir. Ət istehsalçısının yeganə məhsulu ət və ət məhsullarıdır. Fermer bu satışdan o qədər gəlir əldə etməlidir ki, digər ehtiyaclarını da ödəyə bilsin. Ona görə hamısı bir-birilə bağlıdır və ətin qiymətinə də təsir edir”. (Modern.az)

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Hamısı