Yağın qiyməti fantastik həddə çatdı

İqtisadiyyat 10:09 04.10.2017

“Yağın qiyməti niyə 18 manata qalxıb? İnsanları bu qədər sıxmaq olmaz axı...”

Bu sözləri Milli Məclisin oktyabrın 2-də  keçirilən iclasında deputat Çingiz Qənizadə deyib.

Bazarlardakı bahalaşma ilə bağlı çıxış edən deputat bunun dövlət tərəfindən nəzarətə alınmasının vacibliyini vurğulayıb: “Seçicilərim mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti xaricdə gətirilənlərin qiymətindən bahadır? Mən buna cavab tapa bilmirəm. Mənə deyirlər ki, nəyə görə yağın kiloqramı 18 manata çatıb?

Qəzet əməkdaşları məsələ ilə bağlı bazardakı qiymətlərlə maraqlanıblar. “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 17.50 AZN, "French Cow" Fransa yağının kiloqramı 18.30 AZN, “President” yağı 18.50, “Pınar” kərə yağı isə 24.35 AZN-ə satılır.

Kərə yağları ilə yanaşı, yemək yağlarının və duru yağların da qiymətində 5-10 faizlik artım müşahidə olunur.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksəkliyi, o cümlədən monopoliyanın güclü olmasıdır: “İdxal mallarının tənzimlənməsi üçün dövlətin əlində çoxlu imkanlar var. Gürcüstandakı gömrük rüsumu  və vergi dərəcələri ilə Azərbaycandakı gömrük və vergi dərəcələrinin fərqli olması da qiymətlərə təsir edir.  Əgər hökumət əhalini öz daxili istehsalı hesabına müəyyən ərzaq məhsulu ilə  təmin edə bilmirsə, bunun üçün  imkanlar, daxili resursları yoxdursa, gömrük rüsumları və vergi dərəcələrini azaltmaq yolu ilə qiymətlərə təsir edə bilər. Əgər Azərbaycanda istehsal olunan yağ əhalinin tələbatlarını ödəyə bilmirsə, o zaman niyə gömrükdə bu məhsula görə rüsum ödənilməlidir? Bu da qiymətin üzərinə təqribən 35 faiz əlavə xərcin gəlməsinə səbəb olur. Qiymətlərin tənzimlənməsi üçün dövlətin edə biləcəyi çox şey var”.

Ekspertin sözlərinə görə, dövlətin  növbəti addımı bu sahədə ciddi rəqabətin yaradılması olmalıdır: “Əgər araşdırma aparsaq, görərik ki, Azərbaycana  kərə yağını bir-iki şirkət gətirir. Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana  yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur. Bir qutudan artıq yağı gömrükdən keçirməyə qoymurlar.

Yeri gəlmişkən, Rusiyada da kərə yağı Azərbaycandan daha ucuz satılır.  Əgər insan yağı satış məqsədi ilə gətirmirsə, niyə bu cür məhdudiyyətlər olmalıdır? Həm gömrük, həm də vergi sistemində müəyyən dəyişikliklər etməklə, ciddi rəqabətli mühitin yaradılması üçün şərait yaratmaqla,  dövlət ədalətli hakim rolunu oynaya bilər. Bu, baş vermir deyə, inhisarçılıq meyilləri yaranır. 

Əgər gömrükdə bir iş adamına yaşıl koridor, digərinə isə maneələr yaradılırsa, inhisarçılığın kökü oradan başlayır. Bu da qiymətlərin artmasına səbəb olur. Yağla bağlı məsələ bununla  əlaqəlidir. Lojistik olaraq Gürcüstanla Azərbaycana Yeni Zelandiyadan, Avstraliyadan gətirilən yağın dəyəri eyni olmalıdır. Çox ciddi bir məsafə fərqi yoxdur”. (musavat.com)

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
18:20 19.05.2024
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
18:00 19.05.2024
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
Hamısı