Qeyri-neft ixracı 1,219 milyard ABŞ dollarına çatıb İxrac İcmalı

İqtisadiyyat 19:47 20.11.2017

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2017-ci ilin yanvar-oktyabr ayları üçün növbəti sayı təqdim olunub. İcmalın bu sayında  göstərilir ki, 2017-ci ilin ilk 10 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 219 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1723 subyekt iştirak edib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017- ci ilin 10 ayında qeyri-neft sektoru üzrə ixrac 23 faizdən çox artıb. Cari ilin 10 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 10 ayı ərzində bu ölkəyə 424 milyon ABŞ dolları dəyərində ixrac olub. Növbəti yerləri isə Türkiyə (243 milyon ABŞ dolları), İsveçrə (115 milyon ABŞ dolları), Gürcüstan (108 milyon ABŞ dolları) və Türkmənistan (48 milyon ABŞ dolları) bölüşür.

 2017-ci ilin 10 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında birinci yeri pomidor (tomat)  131.5 milyon ABŞ dolları ilə tutub. İkinci yerdə qızıl (98.5 milyon ABŞ dolları) və üçüncü yerdə qabığı təmizlənmiş meşə fındığı (88.6 milyon ABŞ dolları) dayanır.

Cari ilin oktyabr ayında isə qeyri-neft sektoru üzrə 475 subyekt tərəfindən 149.6 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib. Oktyabr ayı üzrə ixrac olunan əsas mallar qabığı təmizlənmiş meşə fındığı, xurma, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), alma, xiyar və kornişonlar, metanol (metil spirti), alüminium və s. olub.  Oktyabr ayında qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 26.6 milyon ABŞ dolları,   xurmanın ixracının dəyəri 21.6 milyon ABŞ dolları, qızılın  ixracının dəyəri  17.2 milyon ABŞ dolları təşkil edib.

 “İxrac İcmalı”nın bu sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.                      2017-ci ilin 10 ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin və fiziki şəxslərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Baku Steel Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Sun Food” MMC, “MKT İstehsalat Kommersiya” MMC, Talıbov Zabil Ocaqverdi oğlu, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, "VN Food Export Import Company" MMC,  “CTS-Agro” MMC və “Food Export Şəmkir” MMC təmsil olunur.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, “SOCAR Methanol” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, ARDNŞ-in “Geofizika və Geologiya İdarəsi”, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, “Naxçıvan MR Dövlət Energetika Agentliyi” və “Azərbaycan Dəmir Yolları” QSC  təmsil olunurlar.

“İxrac İcmalı”nda 2017-ci ilin 10 ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 10 ay ərzində dünyanın 66 ölkəsindən 397.3 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.  Azexport.az portalına 2017-ci ilin oktyabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 41.5 milyon ABŞ dolları təşkil edib. Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (19.2 %) ilə yanaşı, Türkiyənin (6%), Ukraynanın (5.7%), Hindistanın (4.8%) və ABŞ-ın (4.2%) adı vardır. Oktyabr ayında İsrail, Myanma kimi yeni ölkələrdən ixrac sifarişi daxil olub.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki,  oktyabr ayında ən çox ixrac sifarişi nar şirəsi, konservləşdirilmiş tərəvəzlər,  kosmetik vasitələr, şərab, alma, armud, nar, xurma, pomidor, sarımsaq, kələm, çay, qənnadı məhsulları, günəş paneli,  tütün, biyan kökü, meyvə qurusu, ipək xalça, cemlər, boya, tibbi spirt, şəkər tozu  və s. mallar daxil olub. Oktyabr ayında Rusiyadan daxil olan sifarişlərdə artım müşahidə olunub.

Həmçinin “İxrac İcmalı”nda Azexport.az portalı sahibkarlara yeni xidmət təklif etməsi, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Rusiyaya, Türkiyəyə, BƏƏ və digər ölkələrə reallaşdırılan ixrac, Şanxaya və Sankt-Peterburq şəhərlərinə həyata keçirilən ixrac missiyası, Şərq Tərəfdaşlığı Mərkəzi ilə İİTKM arasında memorandum imzalanması, Kənd Təsərrüfatı Nazirliyi zəfəranın dünya bazarlarına ixracı imkanlarını araşdırması və s. məsələlər barədə də məlumatlar verilib.

“İxrac İcmalı” sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

  “İxrac İcmalı”ı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

http://iqtisadiislahat.org/store//media/documents/ixrac_icmali/noyabr/ExportReview_2017-8.pdf

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Hamısı