Ötən gündən başlayaraq, neft qiymətlərində artım müşahidə edilib.
“Brent” markalı neft 0,5 faiz artaraq, 63,86 dollara satılır.
Yüngül neft isə daha çox – 1,6 faiz qalxıb və hazırda 58,95 dollara təklif edilir.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar bahalaşaraq 65,05 dollar təşkil edib.