Ötən il Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi 120 milyon dolları ötərək yüksək həddə çatıb.
Ednews xəbər verir ki, bunu Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, Azərbaycanla Macarıstan arasında enerji sektorunda əməkdaşlıq çox vacibdir.
Nazir əlavə edib ki, ölkəsi Azərbaycandan daha çox təbii qaz almağı planlaşdırır.