İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində 2017 - ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib

İqtisadiyyat 15:14 27.12.2017

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 2017 - ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib.  Mətbuat konfransında İİTKM–in icraçı direktoru Vüsal Qasımlı öncə Kütləvi İnformasiya Vasitələri nümayəndələrini 31 - dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni - 2018-ci ili gəlişi münasibəti ilə təbrik edib. Onlara ən xoş arzularını çatdıraraq bildirib ki, ölkədə aparılan islahat prosesinin cəmiyyətə düzgün təqdim olunmasında əsas rol KİV-in üzərinə düşür. Bu baxımdan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi media qurumlarını özünün əsas tərəfdaşı hesab edir.

   Prezident İlham Əliyevin 2017-ci ili dərin iqtisadi islahatlar və sabitləşmə ili kimi xarakterizə etdiyini vurğulayan Vüsal Qasımlının sözlərinə görə, artıq böhran arxada qalıb və iqtisadiyyat yeni inkişaf tsiklinə qədəm qoyub : “2017-ci ildə bir tərəfdən antiböhran tədbirləri həyata keçirilib, digər tərəfdən yeni iqtisadi model quruculuğu sahəsində islahatlar davam etdirilib, infrastruktur yaxşılaşdırılıb və əhalinin sosial rifahı diqqətdə saxlanılıb. Beləliklə, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət iqtisadi böhranı yeni inkişaf pilləsinə keçid üçün imkana çevirib. Azərbaycanda ÜDM-in əhəmiyyətli azalması yalnız 2016-cı ildə qeydə alınıb, 2017-ci ildə ÜDM-in artım dinamikası tarazlaşdırılıb və 2018-ci ildə yeni iqtisadi yüksəliş üçün əsaslar yaradılıb.”

V.Qasımlı həmçinin qeyd edib ki, 2017-ci ildə biznes mühitinin əlverişliliyini artırmaq üçün iqtisadi islahatlar davam etdirilib: “"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, 01 noyabr 2015-ci il tarixindən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. 2017-ci ilin oktyabr ayında isə yoxlamaların dayandırılması ilə bağlı müddət 2021-ci ilə kimi uzadılıb. 

Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli Fərmanına uyğun olaraq Dövlət Gömrük Komitəsi tərəfindən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılıb. İxracatçılar 2016-cı il 1 avqust tarixindən etibarən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə etmək imkanı qazanıblar.           «Tax free» sisteminin tətbiqi, bəzi məhsulların idxal rüsumlarının artırılması, idxal edilən xammallarda isə rüsumların azaldılması da mühüm islahat tədbirlərindəndir. Nazirlər Kabinetinin 10 aprel 2017-ci il tarixli 134 saylı qərarı ilə “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklərə əsasən isə ixrac prosesi daha da sadələşdirilib.”

   İİTKM-in icraçı direktoru vurğulayıb ki, 2017-ci ildən qüvvəyə minən “Vergi Məcəlləsi”nə dəyişikliklərin əsas məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, vergi yükünün optimallaşdırılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, onların vaxt itkisinə məruz qalmaması və vergi öhdəliklərinin daha rahat şəkildə yerinə yetirilməsi, bir sıra vergi ödəyiciləri üçün güzəştlərin müəyyən edilməsi yolu ilə sosial bərabərliyin təmin olunması, nağdsız əməliyyatların həcminin artırılması, vergitutma bazasının genişləndirilməsi, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, uçotun dürüstlüyünün və şəffaflığının təmin olunmasıdır.

 Həmçinin 2017-ci ilin yanvar ayında "Dövlət satınalmaları haqqında" Qanuna edilən dəyişikliyə əsasən, yerli şirkətlərə 20 faizlik güzəşt tətbiq edilib. 

  Vüsal Qasımlı əlavə edib ki, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və hesablanan faizlərə görə subsidiya verilməsi qaydalarını təsdiq edib. İpoteka və Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi, əks-dollarlaşmanın stimullaşdırılması və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinə nail olmaq üçün mühüm bir addımdır. Bu maliyyə inklüzivliyinin artırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına da əlavə dəstək verəcək.

Aqrar sahənin inkişafını sürətləndirmək üçün “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”, "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” və "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Artıq ölkədə iqtisadi strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı strateji yol xəritələrinin müddəaları rəhbər tutulur.

Vüsal Qasımlı İnstitutsional islahatlardan danışanda Azərbaycan Sənaye Korporasiyası, Qida Təhlükəsizliyi Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılmasının xüsusilə vurğulamaq lazım olduğunu bildirib. Onun qənaətincə, İdarəetmə islahatları yeni iqtisadi modelin funksionallığını təmin etmək baxımından vacibdir :   “2017-ci ildə  "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişi) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması  və Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, həmçinin Astara-Rəşt dəmir yol xəttinin birləşdirilməsi istiqamətində addımlar ölkəmizə investisiya qoyuluşu və infradstrukturun yaxşılaşdırılması baxımından əhəmiyyətli rol oynadı.”

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru əlavə edib ki, bu il Azexport.az portalının və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının fəaliyyətə başlaması ölkə iqtisadiyyatının rəqəmsallaşdırılması, xüsusilə, e-ticarət, e-bankinq, e-kommersiya fəaliyyətlərinin inkişafına töhfə olub. Bundan başqa ixrac subsidiyaları, investisiya təşviqi, sənaye parkları, aqroparklar, texno parklar, sənaye məhəllələri, xaricdəki ticarət evləri, ticarət missiyaları və sərgilərdə iştirak iqtisadi aktivliyin artmasına, sərmayə qoyuluşunun çoxalmasına, yeni iş yerlərinin yaradılmasına, məhsul və xidmət istehsalının və ixracının artmasına səbəb olub.

  Mətbuat konfransı zamanı Vüsal Qasımlı bir sıra statistik rəqəmləri jurnalistlərin diqqətinə çatdırıb. Bildirib ki, aparılan uğurlu iqtisadi islahatlar nəticəsində 2017-ci ildə qeyri-neft sektorunda 2 faizdən çox artım gözlənilir. Xüsusilə, qeyri-neft sənayesi, kənd təsərrüfatı və turizm iqtisadi artımın drayverinə çevrilir. 2017-ci ildə qeyri-neft ixracının 1/5-dən çox artıb, tədiyyə balansında profisit yaranıb, strateji valyuta ehtiyatlarının həcmi artıb. Maliyyə Sabitliyi Şurası çərçivəsində aparılan fəaliyyətlər nəticəsində Azərbaycan manatının kursu sabitləşib. Beləliklə 2017–ci il sabitləşmə, 2018-ci il isə iqtisadi inkişaf ili kimi tarixə düşəcək.

   İcraçı direktor yekunda əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar yaxşı idarəetmənin təmin edilməsini, bazarın liberallaşdırılmasını və məhsuldarlığın artırılmasını şərtləndirir. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu iqtisadi islahatları yüksək qiymətləndirir. Eyni zamanda Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik hesabatında” 35-ci və Dünya Bankı tərəfindən təqdim olunan “Doing Business” hesabatında 57-ci yerə yüksəlməyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi  islahatların nəticəsində mümkün olub.

Sonda V. Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti barədə də məlumat verərək bildirib ki, İİTKM 14 internet resursu (www.iqtisadiislahat.org, www.ereforms.org, www.ecoreform.az, www.azexport.az saytları, Facebook və Linkedin-də 3 səhifə, İnstagram-da 2 səhifə, Twitter, və Youtube-da isə hərəsində 1 səhifə) üzərindən ölkədə aparılan iqtisadi islahatları aktiv şəkildə təbliğ edib. Saytlara 600.000-dən izləyici baxışı olub. Sosial şəbəkələrdə isə Mərkəzin 20.000-dən artıq izləyicisi var. İİTKM 2017-ci ildə KİV-ə 226 xəbər göndərib. Bu xəbərlər həm Azərbaycan, həm rus, həm də ingilis dillərində yayımlanıb. İİTKM –in göndərdiyi xəbərlər əsasında elektron mətbuatda 2346 xəbər dərc olunub. TV-lərdə İİTKM –in hazırladığı xəbərlər əsasında 368 xəbər (yaxud müsahibə) yayımlanıb. Bu xəbərlər daha çox ölkədə aparılan iqtisadi islahatlar, konfrans və müzakirələr, təlimlər, Azexport portalı, Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirmə hesabatları, "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın irəliləməsi, Rəqəmsal Ticarət Qovşağı, “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi,  Doing Business 2018” hesabatına dair məlumatları əhatə edib.

   Yekunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və mətbuat konfransında iştirak edən departament rəhbərləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı