Azərbaycandan Rusiyaya idxal edilənn 73 tona yaxın meyvə Dağıstanla sərhəddə saxlanılıb.
Eurasia Diary Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb həmin meyvələrdə qurd aşkar edilməsidir.
Məlumata görə, “Yaraq-Kazmalyar” buraxılış məntəqəsində 4 partiya malda aparılan sanitar-karantin yoxlaması zamanı meyvələrdə qurd aşkar edilib.
Laborator yoxlamalar zamanı digər məhsullarda da oxşar hal müşahidə edilib. Ümumilikdə 73 tona yaxın armud, gavalı, şaftalının Rusiyaya idxalına qadağa qoyulub. Məhsulların idxal və karantin qaydalarının pozulmasına görə Rusiya Federasiyası tərəfindən protokol tərtib edilib.