İİTKM ABŞ biznes şurası ilə memorandum imzaladı - FOTOLAR | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


İİTKM ABŞ biznes şurası ilə memorandum imzaladı - FOTOLAR

İqtisadiyyat A- A A+

Bakıda, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf üzrə İş Şurası (BCIU) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf üzrə İş Şurası (BCIU)-nun vitse prezidenti Cef Donald imzalayıblar.

Memorandum İİTKM və BCİU arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, iki ölkə arasında ticarət və investisiyaların təşviqi və biznes fəaliyyəti üzrə daha asan və əlverişli mühit yaratmaq məqsədi daşıyır. İmzalanan sənədə əsasən birgə beynəlxalq layihələrin həyata keçirilməsi, beynəlxalq tədbirlərin təşkil edilməsi,  Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və daha rahat biznes mühitinin yaradılması  məqsədi ilə, Azexport və Rəqəmsal Ticarət Qovşağı üzrə mütəxəssis mübadilələrinin həyata keçirilməsi, hər iki tərəfin təşkil etdiyi tədbirlərdə, təhsil proqramlarında, təlimlərdə və ixtisaslaşdırılma kurslarında iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, əməkdaşlığa dair imzalanan memorandum İİTKM və BCİU-nun  birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” –in yekununda imzalanıb.

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...