Azərbaycan neftinin qiyməti ucuzlaşır.
Eurasia Diary AZERTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar azalaraq 82 dollar təşkil edib. Brent Markalı neftin bir bareli isə 80.43 dollara çatıb.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.