Neft yenə bahalaşdı dünya bazarında nə baş verir?

İqtisadiyyat 20:20 27.11.2018

Vüsalə Əhmədova: “Hətta ABŞ kimi bir ölkənin belə İran neftinin ixracını məhdudlaşdırmaq cəhdləri uğursuzluqla nəticələnə bilər”

Bütün neqativ proqnozlara baxmayaraq, neft həftəyə bahalaşma xəbəri ilə başlayıb. “Brent” markalı xam neftin bir barelinin qiyməti yenidən 60 dolları keçib.

Keçən həftə son 13 ayın minimumuna qədər geriləyən “Brent” neftinin qiyməti yenidən 60 dollara çatıb. “Light” markalı neftin bir barelinin qiyməti isə 51 dollara yüksəlib.

Neftin qiyməti ötən iki həftədə 10 dollardan çox gerilədi. Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli 60,07 dollara, Nyu-Yorkun NYMEX birjasında  isə “Light” mrkalı neftin bir bareli 51,14 dollara təklif olunur.

Bəs tendensiya hansı istiqamətdə davam edəcək? İrana tətbq edilən sanksiyalar tam olaraq reallaşarsa, neft bahalaşa bilərmi? OPEK-in qərarı necə ola bilər?

Dünya bazarında “qara qızıl” ətrafında gedən tendensiyaları dəyərləndirən iqtisadçı ekspert Vüsalə Əhmədova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ABŞ İran neftinin ixracını sıfıra endirə bilməyəcək: “Ayın əvvəlində ABŞ-ın İrana sanksiyaları qüvvəyə mindikdən sonra çoxları neftin bahalaşacağını gözlədiyi halda bu baş vermədi. Çünki Çin, Hindistan, Türkiyə, Cənubi Koreya, Yaponiya, Tayvan, İtaliya və Yunanıstana sanksiyalardan müvəqqəti güzəşt edilərək 6 ay ərzində onların İrandan neft idxal etmələrinə icazə verildi. Sual olunur ki, 6 aydan sonra bu ölkələr haradan neft idxal edəcəklər? Düşünürəm ki, həmin ölkələr sonra da İrandan neft idxalına davam edəcəklər. Neft elə bir məhsuldur ki, açıq və xüsusilə geniş miqyasda qaçaqmalçılığının həyata keçirilməsi mümkündür. Hətta ABŞ kimi bir ölkənin belə İran neftinin ixracını məhdudlaşdırmaq cəhdləri uğursuzluqla nəticələnə bilər. Hazırda bir çox neft şirkətləri İrandan çıxmış olsalar da, İran neftinin alıcıları olduğu kimi qalmaqdadır. O da başa düşüləndir ki, neftin aşağı qiyməti milli iqtisadiyyatların fəaliyyətinin əsasını təşkil etdiyi bir vaxtda, böhran vəziyyətində neft treyderlərinin öz gəlirli bizneslərini dayandırmalarına mane olacaq təsirli bir mexanizm hələlik mövcud deyil. Əminliklə demək olar ki, təxminən onlarla İran tankeri öz mövqelərini avtomatik olaraq təyin edən transponder cihazlarını hazırda söndürmüş vəziyyətdədirlər. Artıq peyk naviqasiya sistemlərində onların harada olduqları da görünmür. Tankerlər istədikləri kimi alıcı ölkələrə üz tuta və öz bizneslərini davam edə bilirlər. Çünki nə olursa-olsun, təchizat zəncirindən bir anda imtina etmələri mümkün deyil. Düşünürəm ki, ABŞ-ın İran neftinin ixracını sıfıra endirmək cəhdi uğursuzluğa düçar ola bilər”.

Ekspertin sözlərinə görə, ABŞ-ın neft hasilatını artırması qiymətlərin çox yüksəlməsinə imkan verməyəcək: “Hazırda İrana tətbiq edilən sanksiyalarla bağlı yol verilən istisnalarla Cənubi Koreyaya gündəlik 130 min barel, Hindistana 300 min barel, Çinə 360 min barel, Türkiyəyə isə 100 min barel həcmində İrandan neft idxal etməyə icazə verilib. Bir tərəfdən, 180 günün tamamında dünya bazarında neftin həcmində real azalmaların yaşana biləcəyi və qiymətlərdə artım olacağı düşünülür. Çünki istisnalar tətbiq edilməsəydi neftin qiymətinin 100 dollara yüksələcəyi gözlənilirdi. Digər tərəfdən isə, ABŞ neft hasilatını durmadan artırır. Hazırda gündəlik 11,3 milyon barel hasilat həyata keçirdiyi deyilir. 2019-cu ilin ortalarına qədər isə ABŞ-ın gündə 12 milyon barelden çox hasilat edəcəyi gözlənilir. Bu isə qiymətlərin çox da yüksəlməyəcəyini göstərir”.

Əhmədova vurğuladı ki, yaxın bir neçə ay ərzində neft qiymətlərinə təkan verə biləcək yeganə vasitə OPEK-dir: “Bu günə qədər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Rusiya digər ölkələrin istehsalındakı məcburi azalmaları kompensasiya etmək və müqavilə şərtlərinin 100 faiz yerinə yetirilməsini təmin etmək üçün istehsalı artırdılar. Bundan sonra, artıq OPEC dekabr ayında keçiriləcək toplantısında 2019-cu il üçün tələb və təklif proqnozlarını qiymətləndirərək istehsal səviyyəsinin azaldılmasına, artırılmasına və ya olduğu kimi saxlanılmasına qərar verəcək. İran əlbəttə ki, qiymətlərin yüksəlməsinə nail olmaq üçün hasilatın artırılmasını istəmir. Səudiyyə Ərəbistanı və Rusiyanın isə bu istəyə məhəl qoyacağını sanmıram. Bazarda tədarük həcmi həddindən çox olmayacağı təqdirdə Səudiyyə Ərəbistanı hasilatı azaltmayacağını bəyan edib. Rusiya isə yaxın aylarda istehsalını artırmağı planlaşdırdığını söyləyib. Göründüyü kimi, OPEC-in hasilatı dondurması və ya məhdudlaşdırması üçün bu iki ölkənin dəstəyi mütləqdir”.

İqtisadçı hesab edir ki, ABŞ-ın hasilatı intensiv artırması uzunmüddətli perspektivdə neftin qiymətinin aşağı olacağını göstərir: “Bütün bu kimi hallar 2019-cu il üçün neftin barelinin orta illik qiymətinin 62-58 dollar arasında olacağını proqnozlaşdırmağa əsas verir. Həmçinin İran sanksiyalarından dolayı bazar gündə 500 min barelədək itkilərə məruz qalacaq. Bu isə 2019-cu ilin ikinci yarısı üçün qiymətlərin qısamüddətli olaraq 7-8% yüksəlməsinə səbəb ola bilər. ABŞ şist ehtiyatlarındakı artım qiymətlərin kəskin yüksəlməyəcəyini deməyə əsas verir”.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı