Neft 100 dollaradək bahalaşa bilər - PROQNOZ | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


Neft 100 dollaradək bahalaşa bilər - PROQNOZ

İqtisadiyyat A- A A+

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlər tərəfindən edilən hücum neftə olan qiymətin 100 ABŞ dolları səviyyəsinə çatmasına səbəb ola bilər.

Eurasia Diary-nin xəbərinə görə, bu cür proqnozla xarici mütəxəssislər çıxış ediblər.

Onların fikrincə, neftin qiymətinin 100 dollara qədər artması sözügedən obyektlərdə vəziyyətin bir ay ərzində normallaşması şəraitində baş verə bilər.

Səudiyyə Ərəbistanının neft hasilatını azaltması artıq nefti kəskin bahalaşdırıb. Belə ki, xəbər yazılan vaxtda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 10,49% artaraq 1 barelə görə 66,54 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 9,20% artaraq 59,84 dollar təşkil edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...