Azərbaycana aqrar məsləhət xidmətləri və müsbət təcrübə modelləri təklif ediləcək

İqtisadiyyat 16:51 12.11.2020

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi “Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsinin birillik fəaliyyətinin nəticələri açıqlanıb. Kənd Təsərrüfatı Nazirliyinin və Nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzinin nümayəndələrinin, özəl şirkətlərin təmsilçilərinin daxil olduğu layihənin işçi qrupu il ərzində görülmüş işlər barədə məlumat verib, layihənin sonuna – 2021-ci ilin sonunadək planlaşdırılan işləri müzakirə edib.

Layihə rəhbəri, beynəlxalq məsləhətçi Gülcahan Qurbanova layihənin əldə etdiyi nəticələr kimi iqtisadi rayonların aqrar xəritələşməsinin tamamlanmasını, aqrar məsləhət xidmətinin ölkədəki vəziyyəti haqqında qiymətləndirmənin başa çatmasını, aqrar məsləhət xidmətlərinin nümunəvi modellərinin seçilməsini, xidmət təminatçılarının bazasının yaradılmağa başlamasını, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ iqtisadi rayonlarının aqrar sahə iştirakçıları, aqrar məsləhət xidməti təminatçıları üçün keçirilən seminarları qeyd edib. Noyabr ayında digər iqtisadi rayonlar üçün də analoji tədbirlərin planlaşdırıldığını vurğulayıb. Layihə rəhbəri aqrar məsləhət xidmətlərində rəqəmsal və peyk məlumatlarından istifadə, xidmət təminatçıları və fermerlər üçün idarəetmə və maliyyə mexanizmləri, xidmətlərin hüquqi aspektləri mövzularında keçirilmiş müzakirələri vacib fəaliyyətlər kimi qiymətləndirib. Ölkədə aqrar sahəni əhatə edən digər layihələrlə tərəfdaşlığın qurulması və əməkdaşlıq haqda razılıqların əldə olunması layihənin daha bir uğurudur.

Layihənin mütəxəssisləri monitorinq və qiymətləndirmə meyarları, aqrar məsləhət xidmətlərinin qiymətləndirilməsi üzrə nəticələr, aqrar sahənini xəritələşməsinin güclü, zəif cəhətlərinin analizi barədə təqdimatlar etdilər.

FAO-nun Romadakı baş qərargahında layihənin baş texniki meneceri olan Nevena Aleksandrova Kənd Təsərrüfatı Nazirliyi və alt qurumlarına layihənin icrası ilə bağlı verdikləri dəstəyə görə təşəkkürünü bildirib. Xanım Aleksandrova qarşıdakı aylarda aqrar məsləhət xidməti modelləri üzərində daha intensiv müzakirələr aparılacağına diqqət çəkib.

Layihənin əsas benefisiarı olan Aqrar Elm və İnnovasiya mərkəzinin baş mütəxəssisi Yaqub Quliyev fermerlər arasında aqrar məsləhət xidmətlərindən istifadənin təşviq olunmasının vacibliyini bildirdi. Qeyd etdi ki, aqrar sahədəki yeni texnologiyalara fermerlər az maraq göstərir. İşçi qrupun üzvləri layihə tərəfindən hazırlanacaq strategiyada Azərbaycan üçün təklif ediləcək aqrar məsləhət xidmətləri modelində dövlət və özəl xidmət təminatçılarının fəaliyyətlətinin dəqiq təsvir olunmasının vacibliyini bildiriblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov fermerlərin aqrar məsləhət xidmətlərindən istifadəsi üçün subsidiya mexanizminin tətbiqində Türkiyə modelinin araşdırılmasını təklif edib. Layihə rəhbəri Gülcahan Qurbanova həm qabaqcıl beynəlxalq təcrübələrin, həm də yerli tələblərin nəzərə alınaraq, ölkə üçün uyğun model hazırlanacağını, həmin modeldə bütün bu məqamların nəzərə alınacağını bildirib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı