“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov qonağa bildirib ki, liman ərazisində Azad Ticarət Zonasının yaradılması istiqamətində görülən işlər getdikcə daha da sürətləndirilərək genişləndirilir: Cənab Ziyadov bildirib ki, dünyanın bir sıra tanınmış və məşhur - Dubay, Honkonq, Sinqapur, Şanxay Limanlarındakı kimi azad iqtisadi zona yaradılarsa bu, regionda yükdaşıma, paketləmə, saxlama üçün iqtisadi cəhətdən çox gərəkli bir mərkəzin meydana gəlməsi ilə nəticələnməklə, ölkəmizin qeyri-neft sektorunun inkişafına əvəzedilməz və möhtəşəm bir təkan verəcək.
Ümumiyyətlə, Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zona Azərbaycan iqtisadiyyatı üçün bir istinad yerinə çevrilməlidir. Görüşün sonunda ali qonağa dəyərli hədiyyə təqdim olunub.