Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul həmvətənlilərini Pakistana investisya yatırmağa çağırıb.
Eurasia Diary Pakistanın Dawn xəbər saytına istinadən bildirir ki, Türkiyə səfiri bu fikirləri Xarici Əlaqələr üzrə Karaçi Şurasında söyləyib.
O, iki ölkə arasında qarşılıqlı əlaqələrin uzun tarixə dayandığını və gələcək nəsillərə ötürüləcəyini bildirib.
"Pakistan və Türkiyənin yaxşı qardaşlıq, əməkdaşlıq və həmrəylik mirası var. Hər iki tərəfin liderlərinin qarşıdakı illərdə münasibətləri daha da irəliyə aparmaq üçün çox maraqlı olduqlarını və istəkli olduqlarını görmək xoşdur".