2020-ci il ərzində Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 933,2 mln. manat təşkil edib.
Bu barədə Eurasia Diary Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat ilində ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 2019-cu il ilə müqayisədə 2,3% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,7%-ni təşkil edib.
"2020-ci ildə informasiya və rabitə müəssisələri tərəfindən 2 235,9 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 74,2%-i əhali tərəfindən istehlak olunub. 2019-cu il ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 0,6% artıb", - deyə komitədən bildirilib.