Ayaz Müseyibov: BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır

İqtisadiyyat 10:03 27.01.2021

Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının gələcəyi ilə bağlı ənənəvi hesabatını açıqlayıb. Fondun ekspertlərinin hesablamalarına əsasən qlobal iqtisadiyyat 2021-ci ildə 5,5 faiz, 2022-ci ildə isə 4,2 faiz artım nümayiş etdirəcəkdir. Müvafiq artım tendensiyaları qlobal ticarətdə də davam edəcək və növbəti iki ildə, müvafiq olaraq, 8,1 və 6,3 faizlik artım trendləri müşahidə olunacaqdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov bildirir ki, qlobal səviyyədə fövqəladə qeyri-müəyyən vəziyyətə baxmayaraq, əvvəlki hesabatla müqayisədə iqtisadi artım proqnozları 0,3 faiz artırılıb. Bu isə xüsusi ilə də, dekabr ayından başlayaraq vaksinasiya proseslərinin güclənməsi ilə birgə nəhayət ki, pandemiyanın bitəcəyi ilə bağlı proqnozlar və ABŞ və Yaponiya kimi böyük iqtisadiyyatlarda ilin sonunda qəbul edilən iqtisadi dəstək siyasətləri ilə bağlıdır. Başa çatmaqda olan ilin göstəriciləri üzrə də qlobal iqtisadiyyatda azalma ötən ilin ikinci yarısında baş verən iqtisadi hadisələrə bağlı olaraq gözləniləndən 0,9 faiz daha az olub ki, bu da növbəti 2 il üzrə də artım gözləntiləri üçün yaxşı baza rolunu oynayır.

BVF-in hesablamalarına əsasən qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı artım göstəriciləri pandemiya ilə mübarizənin nəticələrindən asılı olaraq müəyyənləşəcəkdir. Belə ki, qlobal miqyasda vaksinasiya və müalicə proseslərinin daha sürətli və uğurlu baş verməsi fonunda paralel olaraq karantin tədbirlərinin zəiflədilməsi istehlak, investisiyalar və məşğulluğun daha yüksək inkişafı ilə nəticələnə bilər.

İqtisadi artım və böyümə proqnozları ölkələr üzrə fərqlidir və səhiyyə xidmətləri, dəstək siyasətləri və digər spesifik xüsusiyyətlərdən asılı olaraq dəyişir. Azərbaycanın da daxil olduğu inkişafda olan ölkələr qrupunda iqtisadi artımın mərhələli bərpası daha çox özünü göstərəcəkdir. Belə ki, qrup ölkələrində növbəti iki ildə iqtisadi artım 6,3 və 5 faiz, ticarətin həcmi isə 9,2 və 6.7 faiz proqnozlaşdırılır. BVF-nin proqnozlarına görə mərkəzi banklar 2022-ci ilin sonunadək faiz dərəcəsi siyasətini müəyyən olunan dəhliz çəçivəsində saxlayacaqlar və inkişafda olan ölkələr üçün bu istiqamətdə maliyyə vəziyyəti daha da yaxşılaşacaqdır. İnkişaf etmiş ölkələrdə inflyasiya göstəricilərinin hədəf diapozunu ötməyəcəyi və 1,5 faiz təşkil edəcəyi, inkişafda olan ölkələr üzrə də analoji trendin davam edərək 4 faiz üzərində olacağı və bu göstəricinin qrup ölkələri üçün tarixi minimum təşkil edəcəyi hesablamalarda öz əksini tapıb.

A.Müseyibov bildirir ki, hesabatda diqqət çəkən mühüm bir məqam da dünya əmtəə bazarlarında neft qiymətləri ilə bağlıdır. Qlobal yenidənbərpanın da təsirləri ilə müvafiq əmtəənin qiymətlərinin 2020-ci illə müqayisədə 21,2 faiz artacağı proqnozlaşdırılır. Brent, Dubay və WTI neftinin orta qiyməti əsasında hesablanan bu proqnozlarda 2021-ci ildə dünya bazarlarında neft qiymətlərinin 50 ABŞ dolları/barellə çatacağı proqnozlaşdırmışdır ki, bu da oktyabr üzrə müvafiq proqnoz göstəricilərindən 4 ABŞ dolları/barell daha yüksək göstəricidir. Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı və smart iqtisadi modelin qurulması prioritet təşkil etsə də, indiki halda neft qiymətləri ilə bağlı pozitiv proqnozlar Azərbaycan iqtisadiyyatında iqtisadi artım drayverlərini tətikləyəcəkdir.

Hesabatdan çıxan mühüm nəticələrdən biri də ondan ibarətdir ki, BVF-nin məlumatına əsasən inkişafda olan ölkələr pandemiya ilə mübarizə çərçivəsində ciddi borc problemləri ilə üzləşib. Buna müvafiq olaraq, hesabatda pandemiya ilə mübarizə aparılması məqsədi ilə qlobal miqyasda çoxvektorlu əməkdaşlıq siyasətinin qurulması, vaksinasiyaya bərabər çıxış imkanlarının təmin edilməsi və inkişafda olan ölkələrin artmaqda olan borc problemləri və gözlənilən likvidlik problemlərinə diqqət yönəldilir. Qeyd edək ki, bu baxımdan Azərbaycan pandemiya ilə mübarizəni yalnız öz daxili fiskal resursları hesabına təmin etməklə xarici borc səviyyəsinə görə ən yaxşı ölkələrdən biri kimi öz mövqeyini qoruyub saxladı.

Beləliklə, nüfuzlu beynəlxalq agentlik və təşkilatların proqnozları, həmçinin Qarabağın maddi və qeyri-maddi resursları ilə Azərbaycan iqtisadiyyatının dövriyyəsinə cəlb olunması 2021-ci ildə ölkəmizi iqtisadi inkişaf meqatrendlərinin gözlədiyini göstərir.

İİTKM-in departament rəhbəri Ayaz Müseyibov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı