Unun qiymətinin artması bizi çörəyə möhtac edəcəkmi? Bərəkətimiz Ağdamdan qayıda bilər

İqtisadiyyat 14:07 04.01.2022

Azərbaycanda unun qiymətinin bahalaşması ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, "Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" ununun kisəsi 28 manatdan 38 manata,  "Sünbül" ununun kisəsi isə 29 manatdan 39 manata qalxıb.

Bilirik ki, unun qiymətinin artması hər zaman çörəyin də qiymətinin bahalaşması ilə müşahidə edilir. Pandemiya şəraitində çörəyin qiymətinin artması yaşayış səviyyəsinə necə təsir edəcək, həmçinin, unun qiymətinin bahalaşmasının səbəbi nədir?

İqtisadçı ekspert Elçin Süleymanov saytımıza açıqlamasında bildirib ki, unun qiymətinin bahalaşması dünyada buğda qiymətlərinin artması ilə əlaqədardır.

“Buğda birjada alınıb-satılan bir məhsuldur. Bu məhsul Nyu-York və Çikaqo birjasında son aylarda son 12 ilin ən zirvə qiymətlərində alınıb-satılır. Yəni 1 ton buğda artıq Nyu-York birjalarında 315-320 dollardır. Bu, iki-üç il əvvələ görə təqribən 30-40 faiz artımdır.

Bunun təbii ki, səbəbləri var. Pandemiya dövründə dünyada müəyyən qədər istehsal azaldı. İstehsal prosesi, nəqliyyatın durması, eyni zamanda inflyasiya və s. müəyyən qədər ərzaq qiymətlərinin qalxmasına gətirib çıxardı. Bütün dünyada pandemiyadan dolayı müxtəlif yardımlar və dəstəklər vardı. Və bu pul kütləsi tələbin artmasına və inflyasiyaya gətirib çıxarırdı. Ən güclü iqtisadiyyatlarda belə, əvvəlki illərə nisbətən bir neçə faiz, son bir neçə ildə ilk dəfə inflyasiya, qiymət artmaları oldu”.

Azərbaycanın da qlobal dünya iqtisadiyyatının bir parçası olduğunu qeyd edən ekspertin sözlərinə görə, burada təbii ki, müəyyən mənada çörəyin qiyməti tənzimlənir.

“Azərbaycanda Taxıl Fondu var və o da qiymətin birdən-birə süni şəkildə qalxmasını müəyyən qədər əngəlləyir, bunun qarantiyasıdır. Azərbaycan buğdanın əhəmiyyətli bir hissəsini yerli istehsalla qarşılayır. Lakin Qazaxıstan, Ukrayna və müxtəlif ölkələrdən idxal da edir. Buğdanın idxalı ƏDV-dən azaddır. Bu işin ticarəti ilə məşğul olanların qiyməti daha da artırmasına müəyyən qədər əngəldir. Amma yenə də qlobal birjadakı qiymət təbii ki, yerli qiymətlərə təsir göstərir. Burada arzu olunan odur ki, qiymət artımı da və dolayısı ilə bunun çörək qiymətinə təsiri də minimum olsun. Çünki çörək Azərbaycanda təməl qidalardan biridir. Biz ümumiyyətlə xalq olaraq çörək istehlakını sevirik. Bu qiymət artımı bəlkə də qərb ölkələrində çox da gözə batmır. Çünki onlar çörəkdən çox az istifadə edir, amma gündə bir neçə dəfə çörək alan bir toplum üçün bu, təbii ki, əhəmiyyətlidir, ailə büdcəsinə təsir göstərir.

Ümid edirəm ki, Azərbaycan öz yerli istehsalı ilə qiymətləri tənzimləyəcək. Xüsusilə işğaldan azad olduqdan sonra Qarabağ əsas taxıl mənbələrindən birinə çevriləcək.  Məsələn, SSRİ dövründə Ağdam rayonu ətrafında taxıl istehsalının 25 faizini təmin edən yerlər artıq yenidən dövriyyəyə qoşulacaq və düşünürəm ki, önümüzdəki aylarda bu artım səngiyəcək, hətta geriləmə olacaq”.

Gülnar Səlimova

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Hamısı