Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür

Mədəniyyət 09:30 17.05.2024

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 154 ili tamam olur.

Ednews xatırladır ki, Ə.Haqverdiyev Azərbaycan SSR əməkdar incəsənət xadimi (1928), Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı; “Leyli və Məcnun” operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, məşhur "Molla Nəsrəddin" jurnalının baş redaktorlarından biri olmuşdur.

Ə.Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F.Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı pyes, Peterburqda təhsil alarkən  "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazmışdır. Ali təhsil alıb Şuşaya qayıdan Haqverdiyev burada tamaşalar, Bakıda Şərq konsertləri (1902-1903) təşkil etmiş və "Ata və oğul", “Ayın şahidliyi" kimi ilk hekayələrini dərc etdirmişdir.

"Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə etmiş, "Ceyranəli", "Xortdan". "həkimi-nuni-səqir". "Lağlağı". "Mozalan", "Süpürgəsaqqal" kimi imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə və felyeton çap etdirmişdir. 1919-cu ildə nasir Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərilmiş, 1920-ci ilin iyununda isə o, Bakıda yenicə yaranan Şura Teatrının komissarı seçilmişdir. Dünya klassiklərindən Vilyam Şekspirin "Hamlet", Fridrix Şillerin "Qaçaqlar", Emil Zolyanın "Qazmaçılar", Mari Fransua Volterin "Sultan Osman", Hans Xristian Andersenin "Bülbül", Maksim Qorkinin "İzergil qarı" hekayə, povest və pyeslərini azərbaycancaya tərcümə etmişdir. Klassik irsimizə "Marallarım" silsilə hekayələrini, "Xortdanın cəhənnəm məktubları" povestini bəxş edən Haqverdiyev  "Şeyx Şəban", "Mirzə Səfər", "Bomba", "Pir", "Çeşmək", "Qiraət" əsərləri nəsrimizin incilərindən sayılır.

Əbdürrəhim bəy 1921-1931-ci illərdə Bakı Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, orada milli elmi kadrların hazırlanmasında yaxından iştirak etmişdir. O, uğurla davam etdirmiş, universitetdə 1922-ci ildə yerli komitənin sədri, 1923-1925-ci illərdə Azərbaycanın Tədqiq və Təbliğ Cəmiyyətinin sədr müavini və sonra sədri olmuşdur. Bu dövrdə yaranan Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyəti o vaxtlar ilk elmi-tədqiqat müəssisəsi olaraq alimlərə elmi işlərini müdafiə etməkdə köməklik etmiş, sənədlər vermişdir. Hətta 1924-cü ildə Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi bu işin təşkilində Əbdürrəhim bəy çox fəal çalışmışdır. Onun bu uğurlu işi və təşkilatçlıq qabiliyyətinə görə SSRİ alimləri Əbdürrəhim bəyi Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun 1924-cü ildə keçirilən beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçmişlər.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Hamısı