Azərbaycan Türkiyəyə ixrac etdiyi qazın həcmini 170 milyon kubmetr artırıb.
Ednews xəbər verir ki, qaz tədarükü hazırda gündəlik 5 milyon kubmetrdir. Bu həcm fevral ayının sonuna qədər saxlanılacaq.
Türkiyənin İrandan idxal etdiyi qaz texniki problemə görə dayanıb. Ankara problemin həlli üçün Bakıya müraciət etdi və Azərbaycan dərhal məsələnin həlli üçün qaz həcmini artırdı.