Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatının başlaması Avropada təbii qazın qiymətinin 35% yüksəlməsinə səbəb olub.
Ednews xəbər verir ki, Hollandiya mərkəzli virtual təbii qaz ticarət məntəqəsi TTF-də satılan mart fyuçers müqavilələrinin qiyməti artaraq 120 avroya çatıb.
Qeyd edək ki, aprel fyuçers müqavilələrində qiymət artımı 37%-dən çox olub.
Xatırladaq ki, Almaniyanın bir neçə gün əvvəl Rusiya qazını daşıyacaq “Şimal axını-2” layihəsi üçün lisenziya verilməyəcəyini bəyan etməsindən sonra qazın qiyməti artmağa başlayıb.
Aysel Bədəlova