Fevralda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 416 milyon 884,7 min manat olub.
Komitədən Ednews-a bildirilib ki, ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 101 milyon 509 min manat, əlavə dəyər vergisi üzrə 301 milyon 93 min manat, aksizlər üzrə 9 milyon 546 min manat, yol vergisi üzrə isə 4 milyon 734 min manat təşkil edib.