Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,57 ABŞ dolları, yaxud 6,9 % azalaraq 102,1 ABŞ dollarına düşüb.
Ednews xəbər verir ki, bu haqda informasiyanı neft bazarındakı mənbə yayıb.
Qeyd edilib ki, dünən “Brent” markalı neftin bir bareli 102,16 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.