"2015-2020-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalında 22,3 faiz artıma nail olmuşuq. Rəqəmsal və innovativ yanaşmalar bu uğurun əsasını təşkil edir".
Ednews xəbər verir ki, bunu “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda çıxış edərkən Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, investisiyaların əsas hissəsi rəqəmsal və ağıllı kənd təsərrüfatının transformasiyasına gedir. " Hökumət həmçinin, öz siyasətini rəqəmsal kənd təsərrüfatı transformasiyasının əsas və təminedici şərtlərinə cavab vermək üçün uyğunlaşdırır. Fermerlərin rəqəmsal bacarıqları və savadlılığının inkişafı bizim üçün prioritet olaraq qalır və gündəlik işimizin ayrılmaz hissəsidir" - deyə, nazir əlavə edib.