Azərbaycana imkanlı turistlərin gəlməsinə mane olan SƏBƏBLƏR VİZA rejimi deyil...

İqtisadiyyat 17:18 10.06.2022
Turizm mövsümündə ölkənin əcnəbilər üçün daha əlçatan olması əhəmiyyətlidir. Bakıda Formula 1 yarışlarının da təşkil olunduğu günlərdə bu məsələ xüsusi önəm daşıyır. 
 
İnkişaf etmiş ABŞ, Kanada və Avropa İttifaqı ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşlar digər ölkələrlə müqayisədə ölkə turizminin inkişafına daha böyük qazanc verir. Lakin həmin ölkələrin vətəndaşları Azərbaycana gəlmək üçün viza almalıdır. Nəzərə alsaq ki, ABŞ, Kanada və qərbin bir neçə ölkələrində ikili vətəndaşlıq mövcuddur, bəzən Azərbaycan ərazisinə ABŞ adı altında arzu olunmayan vətəndaşlar da daxil ola bilər. Bu səbəbdən də təhlükəsizliyin tam təmin edilməsi üçün ölkəyə daxil olan turistlərin viza məsələsinə ciddi yanaşılır. 
 
Qeyd edək ki, Gürcüstan ABŞ, Yaponiya və Avropa İttifaqı ilə viza rejimini 2006-cı ildən ləğv edib.
 
Miqrasiya məsələləri üzrə ekspert Aytən Qurbanova Ednews-a açıqlamasında bildirib ki, bunu yalnız təhlükəsizlik məsələsi ilə əlaqələndirmək doğru olmaz. 
 
 
“Çünki istənilən halda viza alaraq səyahət edən sərnişinlər də təhlükəsizlik baxımından eyni dərəcədə hədə təşkil edir. Necə ki, 11 sentyabr terror hadisəsinin təşkilində günahlandırılan 19 terroristin hamısının Amerikaya giriş vizası var idi. İstənilən halda vizasız səyahət edən sərnişinlərin daha çox təhlükə ehtiva edə biləcəyini nəzərə alsaq, bu rejimin tətbiq olunması üçün nəzərdə tutulan ölkələrin dövlət təhlükəsizlik xidmətləri ilə ortaq məlumat bazasının yaradılması yolu ilə bu hədələri minimuma endirmək mümkün ola bilər. Beləliklə də, turizm imkanları baxımından Azərbaycanı yalnız ilkin istiqamət ölkəsinə deyil, eyni zamanda, əsas tranzit ölkələrindən birinə çevirmək potensialı da yaranmış olur”.
 
Məsələ ilə  bağlı Ednews-a danışan turizm üzrə ekspert Əziz Şiriyev bildirib ki, viza birbaşa dövlətin siyasətinə bağlı olan bir məsələdir. 
 
 
“Amma Kanada, ABŞ və Avropa vətəndaşlarında heç bir sıxıntı ola bilməz. Onlar “ağ ölkələr” sayılırlar və Azərbayacana gəlmək üçün viza alma prosesi çox yüngülləşdirilib və “ASAN Viza” vasitəsilə verilir. 99% hallarda onlara “ləğv etmə” verilməyib. Bu ölkələrin vətəndaşlarının üzünə istər hava, istər quru, istərsə dəmir yolları hər zaman açıq olub”. 
 
Ekspert qeyd edib ki, viza məsələsi problemin əsas kökü deyil. 
 
“Problemin kökündə duran məsələlərdən biri təyyarə biletlərinin, otel qiymətlərinin yüksək olmasıdır. Xüsusən də Formula 1 kimi yarışlar və digər bu kimi tədbirlərin keçirildiyi günlərdə qiymətlərin yüksək olması gələn turistlərin digər ölkələrə üz tutmasına səbəb olur. Bizim pul vahidi Gürcüstan, Türkiyə, İran və digər qonşu ölkələrdən daha dəyərlidir. Ona görə həmin insanlar avro ilə olan pullarını Gürcüstanda, Türkiyədə və başqa yerlərdə rahatlıqla istifadə edə bilirlər. Məsələn, Türkiyənin Bodrum, Mərmərə, Quş adasına Almaniyadan, Holandiyadan və digər Avropa ölkələrindən, ABŞ-dan qonaqlar gəlir, çünki “hər şey daxil” sistemi onlar üçün çox əlverişlidir, lirə onlara sərf edir”. 
 
Əziz Şiriyevin sözlərinə görə, xüsusən də, Gürcüstanın Rusiya ilə münasibətləri baxımdan, iqtisadi cəhətdən ölkəni daha da inkişaf etdirmək üçün Avropadan ora səfər etmək çox rahatdır. 
 
“Hava yolları ucuzdur, kazinoların, xristian ölkə olaraq şərabın üstünlüyü səbəbindən Batumi, Kabuletidə daha çox turistləri görmək olar. Amma bizim mentalitet, kazinoların olmaması, pulun daha dəyərli olması, təyyarə biletlərinin baha olması daha çox işə təsir edir, nəinki viza məsələsi”.
 
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında ölkəmizə 206 min 50 nəfər xarici turist gəlib, turistlərin ölkələr üzrə adambaşına xərclərinə baxanda ən çox Kanada vətəndaşları pul xərcləyiblər – cəmi 279 kanadalı turist gəlib, onların adambaşına xərclədiyi vəsait 2806 manat olub, ikinci yerdə ABŞ vətəndaşlarıdır – cəmi 1438 turist gəlib, adambaşına 2684 manat pul xərcləyiblər. Sonrakı yerlərdə: Qətər – adambaşına 2615 manat, Yaponiya – adambaşına 2374 manat, Avstraliya – adambaşına 2146 manat, AB ölkələri – 1944 manatla 1600 manat arası. Ən az pul xərcləyənlər isə Gürcüstan (adambaşına 490 manat), Türkmənistan (adambaşına 710 manat) və Qırğızstandır (adambaşına 904 manat).
 
Gülnar Səlimova
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Hamısı