Azərbaycan Mərkəzi Bankı (AMB) 26 sığorta agentinə verildiyi lisenziyanı bərpa edib.
Ednews-un məlumatına görə, bununla bağlı qərar iyunun 28-də verilib və "Sığorta fəaliyyəti haqqında” Qanunun 111.1-ci maddəsinə əsasən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması ilə əlaqədardır.