Bu gün səhər saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.
“EDnews” TƏBİB-ə istinadən xəbər verir ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
Qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.
Məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) müvafiq şöbələrinə yerləşdiriliblər.
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Bərdə RMX-da müalicəsi davam edən şəxslər Gülüstan Həsənova, Zabil Əliyev və Gövhər Mehdiyevadır.
Qəza zamanı xəsarət alaraq Quzanlı xəstəxanasına yerləşdirilən şəxslər isə bunlardır:
1. Şirinov Ruhiyyə Zakir qızı (1977)
2. Mehdiyeva Gövhər Əvəz qızı (1959)
3. Xudiyeva Elnaz Kamil qızı (1980)
4. Əliyeva Əfsanə Hacı qızı (1995)
5. Əliyev Zabil Museyib oğlu (1977)
6. Əliyev Vidadi Əbduləli oğlu (1973)
7. Əbilova Manya Bəndalı qızı (1983
8. Həsənova Gülüstan Sahib qızı (1987)
9. Bayramova Xatirə İbrahim qızı (1968)
10. Salahova İlhamə Muxtar qızı (1971)
11. Mehdiyeva Aytəkin Binnət qızı (1962)
12. Mehdiyeva Məryəm Binnət qızı (1959)
13. Məmmədova Bəsti Abbas qızı (1967)
14. Bəylərova Gülüzə Xatay qızı (1967)
15. Bəykərova Roza Xasay (1965)
16. Qurbanov Marış Məhəmməd qızı (1951)
17. Sadıqova İlhamə Əyyub qızı (1971)
18. Hümbətov Səadət Rza qızı (1975)
19. Aslanova Kəmalə Knyaz qızı (1962)
20. Aslanov Bayram Cəbrayıl oğlu (1996)
21. Şahverdiyev Şövkət Ələstan qızı (1971)
22. Hüseynova Günay Kərım qızı (1982)
***
08:39
Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.
“EDnews” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.