Avropanın enerji ilə bağlı qara günləri başlayır Rusiyadan ekstremal enerji böhranı XƏBƏRDARLIĞI

İqtisadiyyat 09:01 02.08.2022

Rusiya qazının kəsilməsi Avropanın enerji təhlükəsizliyini risk altına atıb. Ekspertlər fikrincə, Avropa qitəsi indiyə qədər belə bir böhranla heç bir zaman üzləşməyib. Hətta qeyd edilir ki, Ukrayna müharibəsi fonunda bu, daha da pisləşə bilər.

Hazırda iki aydan çoxdur ki, Avropa idxal tələbatının təxminən 40 faizini təşkil edən və qitə üçün mühüm enerji daşıyıcısı olan Rusiyanın təbii qaz təchizatını itirmək ilə üzləşib. Belə ki, rəsmi Moskva Avropanın Ukraynaya verdiyi dəstəyə cavab olaraq enerji axınını kəsmək və ya qiymətləri yüksək həddə qaldırmaqla bir çox ölkələri fövqəladə planlara əl atmağa məcbur edib. İndi Avropa üz tutacağı yeganə Norveç və Şimali Afrika kimi ehtiyat enerji təchizatına sahib olan ölkələrə möhtac qalıb.  

“Rapidan Energy Group”-un qlobal qaz bazarları üzrə ekspert və məsləhətçisi Aleks Munton olanları Avropada indiyə qədər baş vermiş ən ekstremal enerji böhranı adlandırıb. 

“Avropa ilin ən soyuq vaxtı qaza ehtiyac duyulduğu zaman yoxluğu hiss etmiş olacaq”. 

Qiymətlərin durmadan artdığını deyən ekspert Avropada təbii qazın qiymətinin ABŞ-la müqayisədə təxminən on dəfə yüksək olduğunu bildirib. 

"Bu, təbii qaz üçün ödəniləcək ən yüksək qiymətdir. Hesab edirəm, buradan qısa zamanda çıxış yolu olmayacaq",- deyə Qərb iqtisadçısı vurğulayıb. 

Azərbayanlı iqtisadçı ekspert Eldəniz Əmirov Ednews-a açıqlamasında məsələyə fərqli yanaşıb. O, hesab edir ki, Avropanın çəkdiyi zərər Rusiyadan artıq ola bilməz. 

“Rusiyada diktatura rejimi mövcud olduğundan informasiya azadlığı yoxdur. Verilən iqtisadi açıqlamalar isə heç də şəffaf deyil. Avropa sanksiyalara görə nə qədər ziyana düşsə də, bu, Rusiyanın hazırki düşdüyü durumdan qat-qat yaxşıdır. Sadəcə burada fərq Avropada informasiya əlçatanlığının Rusiya ilə müqayisədə daha geniş və rahat olmasıdır. Bu cür problemlər Avropada ümumi müzakirəyə çıxarıldıqdan biz Avropanın enerji böhranını daha aydın müşahidə edə bilirik. 

Lakin əsas bir məsələni də qeyd etməliyəm ki, Avropa 25% Rusiya neftindən, 43% isə qazından asılıdır və bu asılılıq Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Avropanı ciddi şəkildə narahat edir”. 

İqtisadçı həmçinin qeyd edib ki, Avropanın düşdüyü böhran onun əksindən daha xeyirlidir. 

“Əlavə edim ki, Avropanın xüsusilə qış fəslində enerji problemi yaşaması onun müharibənin törətdiyi ölümə sadəcə müşahidəçi qalmasından daha yaxşıdır. Bu səbəbdən də Avropa artıq məqsədli şəkildə Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan dolayı qatlaşdığı enerji böhranını ağıllı şəkildə göz önünə alıb. Yəni burada təsadüfi olaraq heç bir addım atılmır. Hətta Avropa bilirdi ki, Rusiya Şimal Axını 1 və 2 xətlərini istismara verdikdən sonra Avropanı enerji cəhətdən tam özündən asılı vəziyyətə salacaq. Sadəcə buna misal olaraq rus sülhməramlılarının Qarabağdakı davranışlarını da göz önünə gətirmək kifayət edər. Rusiyanın verdiyi vəd və sözünü tuta bilməməsi həm Azərbaycana, həm də Avropaya tam bəllidir”. 

Eldəniz Əmirov həmçinin Avropanın alternativ enerji təminatı barədə də fikir bildirib. O, qeyd edib ki, müharibə anlayışı aradan götürülməyincə Avropanın Rusiya bazarına geri dönməsi mümkünsüzdür.

“Avropa Rusiyadan tam əlini üzdüyü halda enerji təhlükəsizliyini həyata keçirmək üçün perspektiv olaraq onun qarşısında Azərbaycan, Əlcəzair, İran, ABŞ və Qətər kimi neft ehtiyatına malik olan ölkələr var. Mən düşünmürəm Avropa enerji ilə bağlı ən son sıxıntıdan dolayı Rusiyaya geridönüş etsin. Çünki Avropa və ABŞ-da bu strategiya və qərarlar bir şəxs tərəfindən deyil, onlarla insanlar tərəfindən ümumi məşvərət edildikdən sonra tətbiq olunur. Bir daha vurğulayım ki, ABŞ-ın Çinə qarşı Tayvan məsələsində müdaxiləsini artırması, Kosovanın Serbiyaya olan münasibətindəki ən son vəziyyət onu deməyə əsas verir ki, hər şey Qərbin planı əsasında gedir. Bu da o deməkdir ki, Qərb planına əsasən yeni ocaqlar meydana gətirir”. 

İqtisadçı ekspert bundan əlavə enerji təminatı qarşılığından Azərbaycanın əldə edə biləcəyi mənfəətlərdən də danışıb. 

“Şübhəsiz ki, Avropa Azərbaycandan qismən enerji baxımından asılı olsa da, nə Azərbaycan, nə də onun bərabərində ikinci bir ölkə Avropanı tam şəkildə enerji ilə təmin edə bilməz. Lakin baş verən proseslərin Azərbaycana olan yararı o ola bilər ki, Avropa əldə etdiyi enerji müqabilində irihəcmli investisiya yatırımları üçün ölkəyə üz tutsun və yaxud da yeni texnologiyaların Azərbaycana gətirilməsi üçün müqavilələr imzalansın”.

Elnur Ənvəroğlu

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı