Azərbaycan nefti ucuzlaşdı - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat A- A A+
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,36 ABŞ dolları, yaxud 2,4 % azalaraq 96,55 ABŞ dolları təşkil edib.
 
Bu barədə Ednews neft bazarındakı mənbə məlumat verib.
 
Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 97,22 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.
 
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...