ƏDV-nin azaldılması bahalaşmaya hansı təsiri göstərə bilər? Ekspertlərin ŞƏRHİNDƏ

İqtisadiyyat 21:33 19.08.2022

Azərbaycanda durmadan artan qiymətlər bir çox sosial və iqtisadi problemlərin yaranmasına səbəb olub. Bu gün yaşayış üçün  vacib olan qida məhsullarının artımı sosial problemləri daha qabarıq şəkildə biruzə verir. Məsələn unun və çörəyin, eləcə də digər ərzaq məhsullarının bahalaşması buna misal ola bilər. Ekspertlərin verdiyi proqnoza görə bu ilin sentyabr ayından başlayaraq qeyri-yeyinti məhsullarının da qiymətlərində artım olacaq.

Əhalinin gəlirləri artmadığı halda bu bahalıqdan yaxa qurtarmaq üçün ekspertlər müəyyən təkliflər irəli sürüb. Azərbaycanda Real siyasi partiyasının sədr müavini, iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, şəbəkə marketlərdən gündəlik alış-veriş edən əhali ya ƏDV-dən azad edilməlidir, ya da əlavə dəyər vergisi 18%-dən 2%-ə endirilməlidir. Ekspert qeyd edib ki, Azərbaycanın büdcəsində hazırda 15 milyard dollarlıq müsbət saldo mövcuddur. Bundan əlavə, N.Cəfərli bildirib ki, Azərbaycanda neft və qazdan gələn gəlirlərin artması ilə bağlı ölkənin büdcəsində profisit var. Bu səbəbdən də ən azında ƏDV-nin 2%-ə endirilməsi qismən də olsa əhalinin maddi rifahına öz töhfəsini verə bilər. 

İqtisadçı ekspert Eldəniz Əmirovun fikrincə isə ƏDV-nin ölkədə azaldılması adekvat olmayan tərəflər üçün də qazanc mənbəyinə çevriləcək.

“Azərbaycanda inflyasiyanın sürəti nisbətən azalsa da düşünürəm ki, bunun yuxarı meyilləri hələ 2023-cü ilədək davamlı olaraq qalacaq. O ki, qaldı ƏDV-nin 2%-ə endirilməsi, düşünürəm bu sosial cəhətdən həssas qruplara o qədər də divident verməyəcək. Məsələn deyək ki, Azərbaycanda aşağı əmək haqqı alan bir nəfər bazarlıq üçün 100/150 manat xərcləyirsə, varlı təbəqələr bunun 10 qatını xərcləyir. Belə olan halda ƏDV-dən gələn gəlirin daha böyük hissəsi varlı təbəqəyə xeyir verəcək. Bu səbəbdən də mən düşünürəm ƏDV-nin ölkədə azaldılması yerinə, bunun ölkədəki sosial ehtiyaclı adamlara xüsusi paket formasında dəstək ayrılması daha uyğun olardı”.  

Eldəniz Əmirov həmçinin sosial dəstəyə ehtiyacı olan insanlar üçün əlavə xüsusi güzəştlərin də olmasının vacibliyini vurğulayıb.

“Hesab edirəm ƏDV-nin qeyd olunan təbəqələr üçün azaldılmasına görə ölkənin kifayət qədər maddi imkanları var. Azərbaycanın valyuta ehtiyatı 55 milyarda yaxınlaşıb, neftin qiyməti də kifayət qədər yüksəkdir, eyni zamanda qaz ixracından xeyli mənfəət əldə olunur. Düzdür, əlavə valyutanın dövriyəyə buraxılması, əmək haqlarının qaldırılması inflyasiyaya stimul verən səbəblərdir. Lakin fikrimcə sosial dəstəyə ehtiyacı olan təbəqələri də yardımdan məhrum etmək düzgün olmaz, əksinə onlar üçün təkcə ƏDV-ni azaltmaq deyil, müəyyən dəstək paketləri hazırlamaq lazımdır”.  

Ölkədə gündəmdə olan digər bir məsələ dolların qiymətinin ucuzlaşması ilə bağlı deyilən fikirlərdir. İqtisadçılar qeyd edir ki, “BigMac” indeksinə görə dolların qiyməti ötən gündən bəri 0.94 qəpiyə enib. Yaranan sual da budur ki, Azərbaycanda dolların məzənnəsi nəyə görə hələ də 1.70 manat olaraq qalır. 

İqtisadçı Natiq Cəfərli bu suala da aydınlıq gətirib:

“Azərbaycanda manatın qiyməti inzibati qaydada tənzimlənir. Bizdə hər hansı “Big Mac” indeksinin hesablanması və yaxud da hansısa elmi olmayan amma mararaqlı olan metodologiya ilə manatın məzənnəsinin hesablanması mümkün deyil. Çünki bizdə qiymətli kağızlar birjası yoxdur. Həmçinin bizdə manatın məzənnəsi bazarda müəyyənləşdirilmir, sadəcə inzibati qaydada təyin olunur. Manatın qiymətində hər hansı dəyişikliyin olması həm siyasi, həm də Mərkəzi Bankın verəcəyi qərardan asılıdır. Bu səbəbdən də düşünmürəm ki, Azərbaycanda nəsə bir məzənnə dəyişikliyi ola bilər. 

Düzdür son zamanlar neftlə qazdan gələn gəlirlərə və onların qiymətinin də yüksək olduğuna görə ölkəyə daha çox dollar axını olub. Lakin bu müvəqqəti haldır. Misal üçün, tutaq ki, manat möhkəmləndi və bir neçə aydan sonra neft yenidən ucuzlaşsa manat yenidən devalvasiyaya uğramalıdır? Bu səbəbdən də hökumət daha səbrli və ehtiyatlı davranır. 

Ümumiyyətlə, Azərbaycanda üzən məzənnəyə keçmək üçün iqtisadi institutların olmaması da buna öz təsirini göstərir. Yəni inzibati məzənnə rejimi “Big Mac” indeksi ilə müəyyənləşdirilməsi mümkün deyil”. 

Elnur Ənvəroğlu

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Avtomobil oğurladı, başqa cinayətləri də üzə çıxdı...
09:00 27.04.2024
Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Hamısı