“Azərbaycanda 65 yaşa qədər olan kişilərin sayı 47 %-ə çatır. Ona görə də biz pensiya yaşının aşağı salınması barədə düşünməliyik”.
Ednews xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
“Heç olmasa bu kişilər 2-3 il pensiya ala bilsinlər”, deyə o, qeyd edib.