Bu ilin yanvar ayında əhalinin nominal gəlirləri 5 milyard 379,2 milyon manat olub.
Ednews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 15 % çoxdur.
Qeyd edək ki, cari ilin yanvar ayında əhalinin sərəncamında qalan gəlirləri 4 milyard 749,9 milyon manat təşkil etmişdi.