Əkmələddin İhsanoğlu: İslam dini Qərbə yad deyil
İslamofobiya qlobal sülhə qarşı ciddi təhdiddir.
Ednews xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Dostları Qrupunun üzvü Əkmələddin İhsanoğlu çıxışında bildirib.
İƏT-in keçmiş Baş katibi İslam dini Peyğəmbərinin illər əvvəl karikaturasının dərc olunmasını xatırladaraq bunun dünyanın müxtəlif nöqtələrində ciddi etirazlara səbəb olduğunu deyib.
O deyib ki, Avropa İnsan Haqları Məhkəməsi bu karikatura ilə bağlı artıq qərar çıxardıb.
O vurğulayıb ki, İslamofobiya ilə bağlı müəyyən addımlar atılmalıdır və mövqelər qoyulmalıdır.
"Biz Qərbi inandırmalıyıq ki, müsəlmanlar Avropanı dəyişdirməyə, dəyərləri dəyişdirməyə çalışmır, onların məqsədi bu deyil. İslam dini Qərbə yad deyil", İhsanoğlu vurğulayıb
Aysel Şahmar