Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 267,9 milyon manat xalis mənfəət əldə edib.
Ednews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,05 % çoxdur.
3 ay ərzində bankların əməliyyat gəlirləri 1 102,9 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 32,9 % çox), əməliyyat xərcləri 693,4 milyon manat (28,1 % çox), digər gəlirləri 0,1 milyon manat (dəyişməyib), xüsusi ehtiyatlara ayırmaları 73,4 milyon manat (dəyişməyib), mənfəət vergisi ödəmələri isə 68,4 milyon manat (64,4 % çox) təşkil edib.