Sahibkarlığın təşviqi və biznes mühitinin təkmilləşdirilməsi sərmayələrin həcmində əsaslı artımla müşayiət olunur.
Ednews xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir qeyd edib ki, bu ilin ilk rübünün yekunlarına əsasən, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşları ötən ilin müvafiq dövrünə nisbətən 51,7 faiz artaraq 2 milyard 251,7 milyon manata çatıb.